“Tikinti
obyektlərinin mühəndis-kommunikasiya
təminatı
Qaydaları”nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 46 Bakı şəhəri,
23 fevral 2015-ci il
“Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında”
Azərbaycan Respublikasının
2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.15-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Tikinti obyektlərinin
mühəndis-kommunikasiya təminatı
Qaydaları” təsdiq
edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2015-ci il 23 fevral tarixli 46 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Tikinti obyektlərinin mühəndis-kommunikasiya
təminatı
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimlənmə
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il
29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının
1.6.15-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə hazırlanmışdır və
tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı
üzrə ümumi tələbləri müəyyən
edir.
1.2. Bu Qaydalara bina
və qurğuların
layihələndirilməsi zamanı
mülkiyyət formasından
asılı olmayaraq, bütün subyektlər tərəfindən riayət
olunmalıdır.
1.3. Bu Qaydalar yeni
tikilən və yenidən qurulan bina və qurğuların
layihələndirilməsinə şamil olunur.
2. Əsas müddəalar
2.1. Bina və ya
qurğunun mühəndis-kommunikasiya
təminatı, obyektin
təyinatına uyğun
olaraq istismar olunması üçün
kifayət etməli və onun istismar
zamanı təhlükəsizlik
qaydalarının tələblərinə
cavab verməlidir.
2.2. Bina və ya
qurğunun mühəndis-kommunikasiya
təminatı sistemi,
obyektlərin istismarı
üçün zəruri
olan qaz, istilik, rabitə, elektrik, su və
kanalizasiya təminatı
vasitələrindən və
qurğularından ibarətdir.
2.3. Bina və ya
qurğunun layihə sənədlərində aşağıdakılar
nəzərdə tutulmalıdır:
2.3.1. bina və
ya qurğunun təhlükəsizlik qaydalarına
uyğun istismar olunmasının təmin edilməsi;
2.3.2. mühəndis-kommunikasiya təminatı
sistemlərinə düşən
və obyektin təyinatına uyğun istismar edilməsi üçün yetərli
olan istismar yüklərinin göstəriciləri
barədə məlumatlar;
2.3.3. zədələnməsi nəticəsində
dövlət və bələdiyyə mülkiyyəti,
hüquqi və ya fiziki şəxslərin
əmlakı və ya ətraf mühit
üçün təhlükə
yarada biləcək üstüörtülü elektrik
xətlərinin, boru kəmərlərinin və
digər qurğuların
yerləri barədə
məlumatlar.
2.4. Layihə sənədlərində
bina və ya qurğuda qəza halları baş verən zaman su, qaz və elektrik
verilişini
dayandıran texniki
vasitələr nəzərdə
tutulmalıdır.
2.5. Bina və qurğuların
insanların daimi olduğu yerüstü mərtəbələrində yerləşən
otaqlar təbii və süni işıqlandırma ilə,
yeraltı mərtəbələr
isə insan sağlamlığına ziyan
vurmaması üçün
kifayət edən süni işıqlandırma
ilə təmin olunmalıdır.
2.6. Texnoloji proseslərin tələblərinə görə
təbii işıqlandırmanın
təmin edilməsi mümkün olmayan bina və qurğuların
yerüstü mərtəbələri
insanların sağlamlığına
ziyan vurmayan miqdarda süni işıqlandırma ilə
təmin olunmalıdır.
2.7. Layihə sənədlərində
bina və qurğunun girişlərinin
işıqlandırılması üçün işıqlandırıcı
vasitələr nəzərdə
tutulmalıdır.
2.8. Mühəndis-kommunikasiya təminatı
sistemlərinin elementlərindən
insanların yanıq zədələri almaması
üçün layihə
sənədlərində aşağıdakı
tədbirlər nəzərdə
tutulmalıdır:
2.8.1. isidici cihazların,
isti su və
istilikverici boru kəmərlərinin səthinin
əlçatan hissələrinin
temperaturunun məhdudlaşdırılması
və ya insanların bu hissələrə toxunmasının
qarşısını alan
maneənin quraşdırılması;
2.8.2. hava ilə
isitmə sistemi cihazlarından çıxan
isti havanın temperaturunun məhdudlaşdırılması.
2.9. Bədbəxt hadisələrin
baş verməməsi
və partlayış
zamanı insanların
zədə almasının
qarşısının alınması
məqsədi ilə layihə sənədlərində
bir sıra tədbirlər nəzərdə
tutulmalıdır, o cümlədən:
2.9.1. isitmə və
isti su təchizatı
sistemlərində, qazişlədən
avadanlıqlarda, tüstü
bacaları və borularında, qaz və yanğın təhlükəli mayeləri
nəql edən boru kəmərlərində
təhlükəsizlik qaydalarına
riayət olunması;
2.9.2. istilik generatorlarının
və maye qaz qurğularında təhlükəsizlik qaydalarına
riayət olunması;
2.9.3. isti su təchizatı və isitmə sistemlərində
təzyiqin və temperaturun tənzimlənməsi.
2.10. Mühəndis-kommunikasiya təminatı
komponentlərinin tikinti
obyektinin əsas fasadlarında, dam örtüklərində
və digər fəza görünüşü
sahələrində yerləşdirilməsi
qadağandır. Göstərilən yerlərdə həmin komponentlər şəhərsalma
və tikintiyə dair normativ sənədlərdə
nəzərdə tutulmuş
hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli
və ya gizlədilməlidir.
2.11. Mühəndis-kommunikasiya təminatı
sistemlərinin parametrləri
və digər xarakteristikaları bina və ya qurğuların
istismar olunduğu zaman layihə sənədlərinin tələblərinə
uyğun olmalıdır.
3. İctimai, inzibati və məişət binaları
3.1. İctimai, inzibati və məişət binalarında mühəndis-kommunikasiya
təminatı sistemləri
layihə tapşırığının
tələblərinə uyğun
olmalıdır.
3.2. İctimai binalarda qaz təchizatı sistemləri şəhərsalma
və tikintiyə dair normativ sənədlərin
tələblərinə və
qaz təsərrüfatında
təhlükəsizlik qaydalarına
uyğun olaraq layihələndirilməlidir.
3.3. Məktəbəqədər təhsil
müəssisələrində, teatr və kinoteatrların
bufetlərində qaz cihazlarının quraşdırılması
qadağandır.
3.4. Məktəb binalarında
havaisitmə sistemi ventilyasiya sistemi ilə birləşdirilmiş
şəkildə layihələndirildikdə,
sistemlərin avtomatik idarə olunması nəzərdə tutulmalıdır.
3.5. Tədris otaqlarının isitmə sistemlərində havanın resirkulyasi-yasına ancaq qeyri-iş vaxtlarında yol verilir.
4. Çoxmənzilli yaşayış binaları
4.1. Çoxmənzilli yaşayış binalarında təsərrüfat-içməli və isti su təchizatı, kanalizasiya, isitmə, havalandırma, elektrik təchizatı, qaz təchizatı, telefonlaşdırma, televiziya antenləri, həmçinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, avtomatik yanğın siqnalizasiyası, xəbərverici, təxliyənin təşkil edilməsi və layihə tapşırığında göstərilən digər mühəndis sistemləri nəzərdə tutulmalıdır.
4.2. Hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binalarının qaz kəməri boruları qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarına uyğun olaraq, binanın fasadı ilə çəkilməlidir.
4.3. Damda yerləşən qazanxanaların yaşayış sahələrinin bilavasitə örtüklərinin üstündə (yaşayış sahəsinin örtüyü qazanxananın döşəməsi üçün əsas ola bilməz) və ya yaşayış sahələri ilə yanaşı (hündürlüyü fərqli olan binalarda) yerləşdirilməsinə yol verilmir.
4.4. Binanın damından yağış sularının kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq həll olunmalıdır.
Qeyd. Bu
Qaydalarda dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli
695 nömrəli Fərmanının 5-ci hissəsinə uyğun olaraq edilə bilər.
Azərbaycan.-2015.- 1 mart.- S.2.