Türkiyəli deputat parlamentin tribunasına əlində Azərbaycan

 bayrağı və qərənfil dəstəsi ilə qalxıb

 

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar Xocalı soyqırımı qurbanlarına ehtiram olaraq əlində Azərbaycanın və Türkiyənin bayraqları və qərənfil dəstəsi ilə ölkə parlamentinin tribunasına qalxıb. O, vətən uğrunda şəhid olan Azərbaycan və Türkiyə əsgərlərinin ruhu qarşısında sayğı ilə baş əyərək, Xocalı soyqırımını pisləyib, məqsədyönlü şəkildə törədilən bu cinayətin səbəb və nəticələrindən danışıb. Deputat qeyd edib ki, Xocalı şəhəri ermənilərin işğal altında saxladığı Azərbaycan ərazisində strateji məkan olması, burada hava limanının mövcudluğu və digər səbəblərdən təcavüzə məruz qalıb. “Xocalı soyqırımı Azərbaycan və Türkiyənin ortaq dərdi, sağalmaz yarasıdır”, deyən Necdət Ünüvar rəyasət heyətinə və həmkarlarına iki qardaş ölkənin bayraqlarını və qərənfil hədiyyə edib.

 

 

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2015.- 1 mart.- S.3.