Azərbaycan Prezidenti İlham Əliyev Böyük
Britaniya
Baş nazirinin ticarət məsələləri
üzrə elçisini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 2-də
Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və
Türkmənistan ölkələrində ticarət məsələləri
üzrə elçisi Çarls Hendrini qəbul edib.
Çarls
Hendri bildirdi ki, Azərbaycana səfərinin əsas məqsədi
Prezident İlham Əliyevin təşəbbüsü ilə
“Azərbaycan Respublikasının Hökuməti ilə
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Hökuməti arasında iqtisadi və
ticarət əməkdaşlığı haqqında”
Anlaşma Memorandumu imzalamaqdır.
Dövlətimizin
başçısı Azərbaycan ilə Böyük
Britaniya arasında təkcə enerji sektorunda deyil, iqtisadi,
ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsinin önəmini vurğuladı.
Prezident İlham Əliyev daha çox sayda Britaniya şirkətlərinin
Azərbaycanda fəaliyyət göstərməsində də
ölkəmizin maraqlı olduğunu dedi. Dövlətimizin
başçısı Çarls Hendrinin bu istiqamətdə əlaqələrimizin
genişləndirilməsi işinə verdiyi töhfəni
yüksək qiymətləndirdi.
Azərbaycan.-2015.- 3 mart.- S.1.