Bolqarıstan Respublikasının Prezidenti
Zati-aliləri cənab Rosen Plevneliyevə
Hörmətli cənab Prezident,
Bolqarıstan Respublikasının milli bayramı münasibətilə
Sizə və bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Bolqarıstanı möhkəm dostluq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq əlaqələrimizin
bütün sahələrdə
genişləndirilməsi, qarşılıqlı
faydalı əməkdaşlığımızın
dərinləşdirilməsi istiqamətində səylərimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bolqarıstana tezliklə edəcəyim səfərin ölkələrimiz
arasındakı əlaqələrin
daha da inkişafına
və möhkəmlənməsinə
öz töhfəsini
verəcəyinə şübhə
etmirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Bolqarıstan
xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 fevral 2015-ci il.
Azərbaycan.-2015.- 3 mart.- S.1.