AŞPA-nın monitorinq
komitəsinin
həmməruzəçiləri
Milli Məclisdə olublar
Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov
martın 2-də Avropa Şurası Parlament
Assambleyasının monitorinq komitəsinin həmməruzəçiləri
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə konstruktiv əməkdaşlıq etdiyini deyib. Bildirib ki, Azərbaycan Avropa Şurasının qarşısındakı öhdəliklərinin əksəriyyətini layiqincə yerinə yetirir. Lakin bəzi öhdəliklərin reallaşmamasının da öz obyektiv səbəbləri var.
Monitorinq komitəsinin həmməruzəçisi Pedro Aqramunt nümayəndə heyətinin üzvlərini təqdim edib. O, səfərləri müddətində keçirdikləri və gözlənilən görüşlər barədə məlumat verib.
Görüşdə monitorinq
komitəsinin həmməruzəçisi Taduez
İvinski, monitorinq
komitəsi katibliyinin rəhbəri Karolin Ravo və katibi Delfin Freyman
iştirak ediblər.
Azərbaycan.-2015.- 3 mart.- S.2.