AZƏRTAC ilə bir
sıra xarici ölkələrin informasiya agentlikləri arasında əməkdaşlıq
sazişləri və Anlaşma Memorandumu imzalanıb
Martın
2-də Azərbaycan Dövlət İnformasiya Agentliyi
(AZƏRTAC) ilə Türkiyənin Anadolu Agentliyi, Sloveniya Mətbuat
Agentliyi (STA) arasında əməkdaşlıq haqqında
sazişlər, Rumıniyanın AGERPRESS Agentliyi ilə
Anlaşma Memorandumu imzalanıb.
Sənədləri
AZƏRTAC-ın 95 illik yubileyi mərasimində baş direktor
Aslan Aslanov, Anadolu Agentliyinin beynəlxalq əlaqələr
şöbəsinin müdiri Ercan Göçer, STA-nın
baş direktoru Boyan Veselinoviç və AGERPRES-in baş
direktoru İon Alexandru Giboi imzalayıblar.
Sənədlərə
əsasən, AZƏRTAC ilə bu agentliklər arasında
informasiyaların mübadiləsi həyata keçiriləcək,
qazanılmış təcrübələrdən yararlanmaq
üçün əməkdaşların
qarşılıqlı səfərləri təşkil
olunacaq.
Xatırladaq
ki, fevralın 27-də AZƏRTAC ilə Türkmənistan
Dövlət İnformasiya Agentliyi (TDX) arasında informasiya
mübadiləsi haqqında saziş imzalanmışdı.
Azərbaycan.-2015.- 3 mart.- S.4.