Çevikinnovativ idarəetmə üsulu Binəqədi

 rayonunun müasirləşməsini təmin edir

 

Tarixə çevrilmiş 2014-cü ilin yekunlarının ictimai mənafe baxımından qiymətləndirilməsi davamlı inkişafın dolğun mənzərəsini göz önündə canlandırır. Belə real mənzərə fonunda fəaliyyəti ilə ictimai etimad qazanan, xalqa layiqli xidmət amalını daim önə çəkən respublika rəhbərliyinin qarşıya qoyduğu vəzifələri gerçəkləşdirmək əzmi də özünü daha qabarıq göstərir. Bir daha təsdiqlənir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının layiqli davamçısı olan Prezident İlham Əliyev zamanın çağırışlarına adekvat olaraq daxilixarici siyasətdə zəruri, davamlı, uğurlu qərarlar qəbul etməklə respublikamızın siyasi nüfuzununiqtisadi gücünün artmasına nail olmuşdur.

Milli iqtisadi modeli, makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin də diqqət mərkəzində olan, insan amilinin yüksəlişinə xidmət edən qlobal infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş diqqət ayıran Azərbaycan eyni zamanda böyük tikinti meydanını xatırladır. “Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər” - deyən Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnir.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası bir daha göstərir ki, uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, sosial həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi kimi respublikamız dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhranına qətiyyətlə sinə gərən dövlətləri sırasına yüksəlmişdir.

 

İki ildə Binəqədiyə 11 səfər

 

Dünyada iqtisadi-maliyyə böhranının kəskinləşməsinə baxmayaraq, 2014-cü ildə Azərbaycanın bütün şəhər və rayonları inkişaf etmiş, müasirləşməyə xidmət edən kompleks islahatlar uğurla davam etdirilmişdir. Bakı şəhərinin və ətraf qəsəbələrin problemlərinin həllini önə çəkən məqsədyönlü və ardıcıl tədbirlər sistemi paytaxtın qədim tarixi ənənələrə, mədəni-mənəvi irsə malik rayonlarından olan Binəqədinin də simasını əsaslı şəkildə dəyişmişdir. 2014-cü ili uğurla başa vurmuş Binəqədi rayonu hesabat dövründə hər işdə keyfiyyət dəyişikliyinə nail olmuş, əzəmətli tikililəri, müasir sosial-mədəni infrastruktur obyektləri, yaşıl libasa bürünmüş park və meydanları ilə paytaxtımızın gözoxşayan məkanlarından birinə çevrilmişdir.

2014-cü ildə rayonda iqtisadi, sosial-mədəni inkişaf yönümündə həyata keçirilən tədbirlər məqsədyönlü və ünvanlı olub hər bir sakinin firavan həyat tərzinin təminatına xidmət etmişdir. Mövcud potensialın düzgün realizə edilməsi, rayonun əmək ehtiyatlarının və digər resurslarının sosial tərəqqi yönümündə səfərbər olunması, eləcə də paytaxtın inkişafını nəzərdə tutan mühüm dövlət proqramlarının, fərman və sərəncamların hədəflədiyi genişmiqyaslı tədbirlərin yüksək əzm və bacarıqla həyata keçirilməsi Binəqədi rayonunun hazırkı uğurlarını şərtləndirən əsas amillərdəndir.

Rayonun son illərdəki dinamik inkişafına təkan verən mühüm amil isə ölkə başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı, rayona müntəzəm səfərlər etməsi, görülən işlərə dəstək verməsidir. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı 2013-cü ildə Binəqədiyə 4 dəfə, 2014-cü ildə isə 7 dəfə səfər etmişdir.

2013-cü il aprelin 22-də Prezident İlham Əliyev Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının, iyulun 3-də YAP Binəqədi rayon təşkilatının inzibati binasının, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının və Binəqədi RİH-in inzibati binasının, avqustun 30-da əsaslı təmirdən çıxmış 135 və 248 saylı tam orta məktəblərin, sentyabrın 30-da Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılış mərasimlərində iştirak etmiş, görülən işləri yüksək dəyərləndirmiş, zəruri tövsiyə və tapşırıqlarını vermişdir. Ölkə başçısının “Binəqədi rayonunun Xocəsən və Biləcəri qəsəbələri ərazisində yolların inkişafına 2 milyon manat ayrılması barədə” 22 aprel 2013-cü il tarixli sərəncamı da həmin qəsəbələrdə yolların əsaslı təmiri və bərpasına imkan vermişdir. Yenidən qurulmuş qəsəbədaxili avtomobil yollarının uzunluğu 5,7 kilometr olmuşdur.

Dövlət başçısı 2014-cü ildə də Binəqədi rayonuna səfərlərini davam etdirmişdir. Prezident İlham Əliyev avqustun 11-də rayonda 115 saylı, sentyabrın 13-də isə 182 saylı tam orta məktəblərin yeni binalarının açılışında iştirak etmiş, rəmzi açılışı bildirən lenti kəsmiş, görülən işləri yüksək dəyərləndirmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 2014-cü il oktyabr ayının 22-də Stend Atıcılığı İdman Kompleksində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olmuşlar. İlk Avropa Oyunları ərəfəsində paytaxtda idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Stend Atıcılığı İdman Kompleksində hazırda işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Dövlət başçısı ötən il rayon ərazisindəki Heydər Məscidinin inşaat işlərini xüsusilə diqqət mərkəzində saxlamışdır. Dekabrın 24-də Binəqədi rayonunda olan dövlət başçısı burada həyata keçirilən son tamamlama işləri ilə yaxından tanış olmuşdur. Dekabrın 26-da isə cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Heydər Məscidinin açılışında iştirak etmişlər.

Xatırladaq ki, dövlət başçısının tapşırığı ilə inşa olunan yeni məscid 12 min kvadratmetr sahədə salınmışdır. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmiş, tikinti işləri zamanı bəzək elementləri ustalıqla yerinə yetirilmişdir. Ornamentlərin zənginliyi məscidin fasadının arxitekturasında xüsusi harmoniya yaradır. Burada xüsusi bəzək elementlərindən istifadə olunmuş, günbəzin kənarlarına Quran ayələri yazılmışdır. Hündürlükləri 55 metr və 35 metr olan başikinci günbəzlər məscidin daxilinə xüsusi gözəllik verir.

 

Uğurlu inkişafdan xəbər verən statistika

 

Hər bir uğuru şərtləndirən mühüm amillərdən birimüasirnovator idarəçilik üslubu, habelə innovasiyalara meyilli çevik və işlək komandanın mövcudluğudur. Bu baxımdan Binəqədi rayonunun son 3 ildə tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyması, ilk növbədə, rayonun yeni rəhbərliyinin təşəbbüskarlığı, yeniliyə meyilliliyi ilə bağlıdır. Hələ sovetlər birliyi dövründə Bakının ən iri sənaye mərkəzlərindən biri kimi tanınan, çoxsaylı neft-qaz mədənləri ilə məşhur olan Binəqədi rayonu son illərə qədər ciddi problemlərlə üzləşmişdi. Cəmi 3 il əvvəllə müqayisədə Binəqədi rayonu tanınmaz dərəcədə müasirləşib desək, heç bir mübaliğəyə yol vermiş olmarıq. Ölkə başçısının fərman və sərəncamlarını, tapşırıqlarını əsas tutan Binəqədi rayonunun rəhbərliyi 2014-cü ildə respublika əhəmiyyətli bir sıra mühüm layihələri uğurla həyata keçirmiş, bütün sahələrdə yüksək makroiqtisadi göstəricilərə imza atmışdır. Konkret statistik rəqəmlər rayonun dinamik inkişafı ilə bağlı daha dolğun mənzərə yaradır.

Rayondakı real sosial-iqtisadi inkişaf əsla quru, cansız rəqəmlərdə deyil, binəqədililərin gündəlik həyatında, məişətində, maddi rifah halında əksini tapır. 2014-cü ildə sənaye sahəsində 227 milyon 409 min manatlıq və ya əvvəlki ildəkindən 12,4 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2014-cü ilin yanvar-dekabr ayları ərzində sənaye müəssisələrində 6.763 nəfər işləmişdir ki, bu da əvvəlki illə müqayisədə 15,7 faiz çoxdur. Tikinti sektorunda il ərzində bütün maliyyə mənbələri hesabına 48461,6 min manat əsas fondlar istifadəyə verilmişdir.

2014-cü ilin yanvar-dekabr aylarında Binəqədi rayonunda iqtisadisosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 212 milyon 466 min manat məbləğində investisiya yönəldilmiş, həmin vəsaitin 155 milyon 102 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 527 milyon 859 min manat olmuş, əvvəlki illə müqayisədə 16,2 faiz artmışdır. Tikintidə işçilərin orta siyahı sayı 5.886 nəfər olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 440 nəfər artıqdır. Fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı 471,6 manat təşkil etmişdir.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 40 milyon 685 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilə nisbətən 38,9 faiz artım müşahidə olunmuşdur. Ötən dövrdə nəqliyyat sektorunda 5.975 nəfər işçi çalışmış, orta aylıq əməkhaqqı 362,2 manat təşkil etmişdir. Rabitə müəssisələri tərəfindən Binəqədi rayonu üzrə ümumilikdə 16 milyon 611 min manatlıq xidmətlər göstərilmiş, 2013-cü ilə nisbətən orta aylıq əməkhaqqı 7,0 faiz artaraq 403,4 manat təşkil etmişdir.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 416.001,9 min manat təşkil etmişdir. 2014-cü ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən xidmətlərin 20,2 faizi dövlət müəssisələrinin payına düşmüşdür. 2014-cü il ərzində orta aylıq nominal əməkhaqqı keçən illə müqayisədə 11,1 faiz artaraq 410,3 manata çatmışdır.

 

Məşğulluq problemi həllini tapır

 

Azərbaycan iqtisadiyyatının inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olan sosial siyasət ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə cavab verən şəkildə həm forma, həm də məzmun etibarilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Son bir neçə ildə Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etməsi, yoxsulluğun azaldılması, regionalkonkret sahəvi inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar ötən illərlə müqayisədə əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan vermişdir.

Uğurla gerçəkləşdirilən məşğulluq strategiyasının nəticəsi olaraq ötən il Binəqədi rayonunda da işsizlik probleminin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Ötən il Binəqədi rayonu üzrə işçilərin orta sayı 45.387 nəfər olmuş, əvvəlki illə müqayisədə 3,3 faiz artmışdır.

2014-cü il ərzində Binəqədi rayonunda daimi olmaqla 5.620 yeni yeri açılmışdır. Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 1.678 nəfər vətəndaş müraciət etmiş, onlardan 1.214 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınan işaxtaranların 638 nəfəri, o cümlədən 195 nəfər qadın müxtəlif sahələrdə daimi işlə təmin edilmiş, 128 nəfər peşə kurslarına cəlb olunmuşdur. İşsizlik müavinəti başa çatmış vətəndaşlardan 12 nəfər mərkəzin göndərişi ilə işlə təmin olunmuş, 166 nəfərə işsizlik statusu verilmiş, 10 nəfərə təkrar müavinət olmaqla ümumilikdə 176 nəfərə işsizlik müavinəti təyin olunmuşdur.

Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə 2014-cü il ərzində 2.814 ailəyə və ya 11.356 nəfər ailə üzvünə ünvanlı sosial yardım təyin edilmişdir. Hazırda 4.254 nəfər, o cümlədən 275 nəfər yaşa görə, 3543 nəfər əlilliyə görə, 436 nəfər ailə başçısının itirilməsinə görə təqaüd alır. Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 253 nəfər tək ahıl vətəndaşa və əlilə xidmət göstərilir və həmin xidmət sektorunda 34 nəfər sosial işçi çalışır.

 

Özəl sektora xüsusi qayğı var

 

Azərbaycan hökumətinin iqtisadi şaxələndirmə və regional inkişaf tədbirlərini xüsusi diqqət mərkəzində saxlaması makroiqtisadi sabitliyin təminatına xidmət edir. Regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlıq mühitinin liberallaşdırılmasına yönəlmiş islahatlar Binəqədi rayonunda da əməli nəticələr verir. “Sənaye ili” çərçivəsində ötən il rayonda yerli iqtisadiyyatın və sahibkarlığın inkişaf etdirilməsi, əhalinin maddisosial rifah halının yaxşılaşdırılması, məşğulluğunun artırılması, əlverişli biznes mühitinin yaradılması və investisiya cəlbediciliyinin artırılması məqsədilə bir sıra işlər görülmüşdür.

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Binəqədi Sahibkarları” İctimai Birliyi iyun ayının 27-də yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq rayon ərazisində fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsulların sərgisini keçirmişdir. Sahibkarlığın inkişafı sahəsində aparılan rasional siyasət rayonun özəl sektoruna da töhfələrini verir. Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyyəti Sahibkarlara Kömək Milli Fondu ilə birgə rayon ərazisində potensial sahibkarlıq subyektlərini müəyyən etmişonlara güzəştli şərtlərlə kreditlər ayrılmışdır. 2014-cü ilin 23 may və 23 avqust tarixlərində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə birgə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbirlər keçirilmişdir. Hər iki tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmışdır. Binəqədi rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan sahələrin - faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana komplekslərinin, ətlik istiqamətli quşçuluq təsərrüfatlarının, kiçikhəcimli ət kəsimi və emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Potensial sahibkarlara kredit verilməsi məqsədilə Sahibkarlara Kömək Milli Fondu ilə birgə ötən dövr ərzində keçirilmiş tədbirlər nəticəsində 43 sahibkarlıq subyektinə 6 milyon manat həcmində güzəştli kredit verilmiş, bunun nəticəsində 120 yeni yeri açılmışdır.

 

Dövlət Proqramı uğurla icra olunur

 

Dövlət başçısı İlham Əliyev son 11 ildə Azərbaycanın bölgələri ilə yanaşı, paytaxt Bakının və ətraf qəsəbələrin problemlərinin həllinə böyük diqqət və həssaslıqla yanaşmış, bu məqsədlə ayrı-ayrı illərdə 4 Dövlət Proqramı imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, nəhayət, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” şəhərin digər rayonları kimi, Binəqədidə də böyük infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaratmışdır.

İcrası davam etdirilən sonuncu proqramda Binəqədi rayonu üzrə 40 tədbir nəzərdə tutulmuşdur. Təsnifat qruplarına görə, təhsil sahəsi üzrə 15, səhiyyə sahəsi üzrə 2, kommunal xidmətlər üzrə 4, digər sosial sahələr üzrə 4, qəsəbədaxili və məhəllədaxili yolların əsaslı təmiri üzrə 1, sahibkarlığın inkişafı sahəsi üzrə 4, fövqəladə hallar üzrə 9, rayon icra hakimiyyətinə həvalə edilmiş abadlıq-quruculuq sahəsi üzrə 1 bənd daxil edilmişdir. Ötən il 10 obyektin layihə sənədləşdirmə işləri aparılmış, 157 saylı orta məktəbin, 10-a yaxın idman meydançalarının, 7-ci mikrorayon yaşayış massivində yanğından mühafizə bölməsinin, rayonun müxtəlif ərazilərində yanğına qarşı su hovuzlarının tikintisi üçün sifarişçi təşkilatlarla razılaşdırılmış təkliflər Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Həmçinin proqramın təhlükəsizlik sahəsi üzrə rayonda tikiləcək obyektərin yerlərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müvafiq təkliflər verilmişdir.

İdman və digər sosialyönümlü tədbirlərin həyata keçirilməsi məqsədilə yeni Dövlət Proqramı çərçivəsində Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, Dağ Velosipedi yarışları üçün veloparkın tikintisi işlərinin davam etdirilməsi və 2015-ci ilin fevral ayında yekunlaşdırılması nəzərdə tutulmuşdur.

 

“Təmiz Binəqədi” - uğur layihəsi

 

Tarixdə ilk dəfə bu ilin iyun ayında Bakıda keçirilməsi planlaşdırılan I Avropa Olimpiya Oyunları ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2014-cü il ilyulun 1-dən icrasına start verilmiş “Təmiz Binəqədi” sosial layihəsinin əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə reallaşdırılan layihənin məqsədi Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, parkxiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir.

Layihədə prioritet istiqamətlərdən biriekoloji durumun yaxşılaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirmək və Binəqədini ekoloji baxımdan təmiz rayona çevirməkdir. Ümumilikdə layihənin məqsədi insanlar arasında maarifləndirmə işi aparmaqla, ictimai şüur səviyyəsini yüksəltməklə, təmizliyi, abadlığı, səliqə-sahmanı təmin etməkdir. Layihə üzrə rayonda abadlıq-quruculuq sahəsində bir sıra mühüm işlər görülmüşdür. Mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasaddam örtüklərində, parkmeydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri görülmüşdür.

Hazırda I Avropa Oyunlarına hazırlıqla əlaqədar Ziya Bünyadov prospektinin Binəqədi rayonuna aid hissəsində əsaslı yenidənqurma işləri aparılır. Bunun nəticəsidir ki, bu gün Ziya Bünyadov prospektinin rayona aid hissəsində yerləşən çoxmənzilli yaşayış binaları müasir görkəm almışdır. Bununla yanaşı, prospektə yaxın küçələrdə, habelə Atatürk prospektinin Binəqədi rayonundan keçən hissəsində genişmiqyaslı abadlıq-quruculuq işləri görülür, ətrafdakı binalar müasir tələblərə uyğun təmir edilir.

Ölkə başçısının müvafiq tapşırığı ilə “Dərnəgül yolukimi tanınan Ziya Bünyadov prospektinin yenidən qurulmasına 2011-ci ilin sonlarında başlanılmışdır. Yenidənqurma işlərinin yaxın vaxtlarda tam yekunlaşdırılması planlaşdırılır. Prospekt boyunca 11 çoxmənzilli yaşayış binası müasir tələblərə uyğun təmir edilmiş, binaların qarşısında ətrafa yaraşıq verən yaşıllıqlar, parklar salınmışdır.

 

Vətəndaş müraciətlərinə həssas münasibət

 

Azərbaycan Prezidentinin icra strukturları qarşısında ilk gündən müəyyənləşdirdiyi mühüm tələblərdən biri də məhz vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddiliklə yanaşılması ilə bağlıdır. Binəqədi Rayon İcra Hakimiyyəti fəaliyyətini bu tələblər çərçivəsində quraraq vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə vaxtında baxılmasına əməl olunması, icra aparatında nizam-intizamın gücləndirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində də zəruri tədbirlər görür.

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları keçirilmişdir. Vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək müvafıq Tədbirlər Planı təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək icrası nəzarətdə saxlanılmışdır.

2014-cü il ərzində rayon icra hakimiyyəti başçısının iştirakı ilə 25-i görüş və 7-si səyyar qəbul - “Açıq qapı” olmaqla ümumilikdə 32 görüş keçirilmişdir. Həmin görüşlərdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 3.863 nəfər vətəndaş iştirak etmiş, 460 məsələ qaldırılmışdır. Görüşlərdə sakinlər tərəfindən qaldırılan irad və təkliflərin protokollaşdırılaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Prezident Administrasiyasına ötürülməsi təmin olunmuşdur. Bundan başqa, 24 Tədbirlər Planı tərtib edilmiş, qaldırılan məsələlərlə əlaqədar aidiyyəti qurumlaracavabdeh şəxslərə paylanmışdır. Vətəndaşlar tərəfindən qaldırılan 460 məsələnin 101-i yerində həll edilmiş, 263 məsələ Tədbirlər Planına daxil edilmiş, 142 məsələ planda nəzərdə tutulan müddətdə həllini tapmışdır. 12 məsələ ilə əlaqədar aidiyyəti üzrə yuxarı instansiyalara müraciət olunmuş, 12 məsələ ilə əlaqədar müvafiq izahat verilmiş, 10 məsələ məqsədəmüvafiq hesab edilməmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Binəqədi Rayon İcra Hakimiyyətində 2013-cü ilin aprelindən fəaliyyət göstərən “Sakinlərin Müraciəti Xidməti - 1646” (SMX) da sakinlərin ciddi inam və etimadını qazanmışdır. Xatırladaq ki, “SMX-1646” vətəndaşlarla operativ ünsiyyətin yaradılması, rayon icra hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin icra hakimiyyətinə çatdırılması baxımından faydalı, mütərəqqi və əvəzsiz xidmət növüdür. Xidmət bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilməklə 24 saat fasiləsiz fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır. Bir sözlə, yerli icra hakimiyyətləri arasında ilk dəfə Binəqədi Rayon İcra Hakimiyyətində təşkil edilmiş bu xidmətin sayəsində vətəndaşlar heç bir yerə getmədən, sadəcə, bir zənglə üzləşdikləri problemləri operativ şəkildə həll edə bilirlər.

Aparılan təhlillər göstərir ki, “SMX-1646” sayəsində yuxarı orqanlara edilən şikayət və müraciətlərin sayı yarıbayarı azalmışdır. Qurum fəaliyyətə başladığı gündən rayon ərazisində yaşayan əhaliyə yüksək keyfiyyətli xidmətlər göstərməyi qarşısına məqsəd qoymuşdur. Hətta digər rayonlardan da sakinlərin bu xidmətə müraciət etməsi hallarına rast gəlinir. Bu da qurumun əhali arasında olan yüksək nüfuzundan xəbər verir.

Binəqədi rayonunun seçicilərini Milli Məclisdə təmsil edən deputat kimi demək istərdim ki, bu gün rayon rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən layihələr, ilk növbədə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ən mühüm vəzifənin reallaşdırılmasına - insan amilinin yüksəlişinə xidmət edir.

Son 3 illik müşahidələrimiz göstərir ki, rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə fəaliyyətində hər bir sakinin mənafeyini nəzərə almağa, uzun illərdən bəri yığılıb qalmış problemlərin həllinə çalışır. Əlbəttə, rayonda uğurlarla yanaşı, müəyyən problemlər də mövcuddurbunu Binəqədi RİH rəhbərliyi səmimi etiraf edir. Başlıcası budur ki, ölkə başçısının xüsusi diqqət və qayğısını hiss edən rayon rəhbərliyi mövcud problemlərin həlli istiqamətində fəaliyyət göstərir, rayonun bütün potensialını bu işə səfərbər edir.

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2015.- 3 mart.- S.7.