Kənd təsərrüfatı qeyri-neft sektorunun vacib və əhəmiyyətli sahəsidir

 

Kənd təsərrüfatı ili-2015

 

Azərbaycan davamlı və kompleks islahatlar strategiyasını dərinləşdirərək yeni əsrin inkişaf edən islahatçı ölkəsi kimi tanınmaqla qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafında xeyli nailiyyətlər əldə etmişdir. Əldə olunmuş uğurların əsasında isə ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi aqrar islahatlar dayanır. Torpaq islahatlarının ilk dəfə ölkə üzrə Naxçıvanda, Müstəqil Dövlətlər Birliyi məkanında isə Azərbaycanda həyata keçirilməsi nəticəsində torpaq həqiqi mülkiyyətçisinə verilmişbununla, kənd təsərrüfatının inkişaf dövrü başlamışdır.

Müasir şəraitdə - ölkəmizdə qeyri-neft sektorunun və regionların inkişafına xüsusi diqqət yetirildiyi bir vaxtda kənd təsərrüfatının inkişafı əsas istiqamətlərdən biri olaraq qalır. Çünki istənilən ölkənin iqtisadi təhlükəsizliyi birbaşa kənd təsərrüfatının dayanıqlı inkisafindan asılıdır.

Kənd təsərrüfatı iqtisadi artımın başlıca hərəkətverici qüvvəsi hesab olunmaqla onun yüksəlməsi ümumilikdə iqtisadiyyatın artımı deməkdir. İqtisadi artımın sürəti yüksək olan ölkələrdə ərzaqla təminolunma səviyyəsi də yüksək olur. Kənd təsərrüfatı insanlar üçün əsas ərzaq mənbəyi hesab edilir. Belə ki, əhalinin istehlak fondunun, ən azı, üçdə ikisi bilavasitə kənd təsərrüfatı məhsulları hesabına təmin olunur. Dünya əhalisinin sürətlə artdığı, qlobal iqlim dəyişikliyinin intensivləşdiyi hazırkı dövrdə ölkələrin aqrar sektora ehtiyacı daha çox hiss edilir və ərzaq təhlükəsizliyi məsələsi özünü daha qabarıq şəkildə büruzə verir.

Azərbaycan xeyli vaxtdır ki, ərzaq təhlükəsizliyi ilə bağlı xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hələ 1995-ci ildə Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının üzvü olmuşbu müddət ərzində ölkədə texniki əməkdaşlıq proqramı çərçivəsində milliregional səviyyədə bir neçə layihə həyata keçirilmişdir. İlk dəfə olaraq hazırlanmış Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı isə ümummilli lider Heydər Əliyevin 2 mart 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Görülən işlərin nəticəsi kimi Prezident İlham Əliyev 25 avqust 2008-ci il tarixdə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır.

2008-ci il sentyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Proqramın əsas məqsədi hər bir vətəndaşın sağlam və məhsuldar həyat tərzi üçün qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təminatına nail olmaqdır. Sənədin qəbulundan ötən dövr ərzində muxtar respublikada əsas ərzaq məhsullarının istehsalında müsbət nəticələr eldə edilmiş, yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımının göstərilməsi, güzəştli şərtlərlə gübrə satışının təşkili, əlverişli vergi mexanizminin tətbiqi, məhsulun satışı üçün yarmarkaların keçirilməsi kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ilbəil artmasına səbəb olmuşdur. Təkcə ötən il muxtar respublikada ümumilikdə 355 milyon manatlıqdan artıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da 1995-ci illə müqayisədə 9,2 dəfə çoxdur.

Mövcud yararlı, o cümlədən əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, xarici bazardan asılılığın azaldılmasının potensial imkanları hesab edilir. Bu məqsədlə Naxçıvan MR-də əkin aparılmış sahələr 1995-ci ilə nisbətən 2 dəfə artaraq ötən il 60 min 829 hektara çatmışdır. Muxtar respublikanın daha çox meyvəçilik və tərəvəzçilik üzrə ixtisaslaşması nəinki ərzaq təminatını yaxşılaşdırır, həm də xarici bazara çıxış imkanlarını genişləndirir. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi sayəsində bu istiqamətdə xeyli uğurlar əldə edilmişdir. Yalnız keçən il regionda 1995-ci illə müqayisədə 51,5 dəfə çox tərəvəz istehsal olunmuşdur. Son illər əhalini payız-qış mövsümündə tərəvəz məhsulları ilə təmin etmək məqsədilə istixanalar yaradılmış və təkcə ötən il 6 istixana kompleksi fəaliyyətə başlamışdır. Ümumiyyətlə, görülmüş işlər nəticəsində hazırda muxtar respublikada 107 növdə ərzaq məhsullarının istehsalına nail olunmuş, daxili ərzaq bazarının idxaldan asılılığının səviyyəsi xeyli azalmışdır.

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə dövlət ehtiyatlarının yaradılması da diqqət mərkəzindədir. Hazırda muxtar respublikada taxılı uzun müddət saxlamağa imkan verən anbarların tutum həcmi 27 min ton, kənd təsərrüfatı məhsullarının saxlanması və satışını təmin edən soyuducu anbarların sayı 20, ümumi tutumu isə 12 min 250 tondur. Belə anbarların gələcəkdə də sayının artırılması nəzərdə tutulur.

Kənd təsərrüfatı eyni zamanda, sənaye üçün xammal bazasıdır. Nəzərə alsaq ki, muxtar respublikada sənayenin aparıcı sahələri yeyintiyüngül sənayedir, o zaman kənd təsərrüfatının muxtar respublika üçün nə qədər əhəmiyyətli bir sahə olduğu daha aydın görünər. Bundan əlavə, aqrar sektor həm də ekoloji tarazlığın qorunması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bir çox ölkələrdə kənd təsərrüfatı siyasəti ekoloji siyasətlə yanaşı qiymətləndirilərək ətraf mühitin və resursların qorunmasına imkan yaradır. Kənd təsərrüfatı həmçinin gəlirin, məşğulluğun və xarici ticarətin mənbəyi hesab edilir.

Naxçıvan Muxtar Respublikası kifayət qədər geniş iqtisadi potensialaixtisaslaşma istiqamətinə malikdir. Həm dağlıq, həm də düzənlik ərazilər burada bitkiçiliyin və heyvandarlığın inkişafına əlverişli şərait yaradır.

Əhalinin böyük hissəsinin kənddə yaşaması isə burada məşğulluğun özünəməxsus xüsusiyyətlərini yaratmaqla kənd sakinlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu istiqamətdə görülən işlərin daha da sürətlənməsində mühüm rol oynayır. Kəndlərdə məskunlaşmaya, məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edən və yerli təsərrüfatçılıq ənənələrinə əsaslanan kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılması bu proqramda öz əksini tapan məsələlərdəndir. Bundan əlavə, Ali Məclisin Sədri tərəfindən təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da kənd təsərrüfatının inkişaf istiqamətləri öz əksini tapmış, sahənin infrastruktur təminatının yaxşılaşdırılması və yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur.

Beləliklə, 2015-ci il muxtar respublika üçün dörd mühüm dövlət proqramının icra müddətinin başa çatması ilə əlamətdar olacaq. Bu proqramların ikisi birbaşa kənd təsərrüfatının inkişafı ilə bağlı olsa da, digər ikisi sahənin inkişafı ilə bağlı əhəmiyyətli tədbirlərin reallaşdırılması ilə əlaqədardır. Məhz bu baxımdan 2015-ci ilin Naxçıvan Muxtar Respublikasında da “Kənd təsərrüfatı ilielan olunması təsadüfi deyil. “Kənd təsərrüfatı ilibütün diqqətləri aqrar sektora yönəltməklə sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verəcək, təsdiq olunmuş dövlət proqramlarının həyata keçirilməsi prosesini sürətləndirməklə bütünlükdə muxtar respublikanın sosial-iqtisadi inkişafını daha dayanıqlı edəcək.

Aqrar sektorun inkişaf etdirilməsinin perspektiv istiqamətləri “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da öz əksini tapmışdır. Yeni proqramda yerlixarici investisiyaların cəlb edilməsi ilə ərzaq məhsullarının istehsal həcminin artırılması və keyfiyyətinə ciddi nəzarətin davam etdirilməsi, baytarlıq, texniki nəzarət, sanitarfitosanitar tədbirlərin gücləndirilməsi, tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması, torpaqların meliorativ vəziyyətinin sağlamlaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi, suvarma-drenaj şəbəkələrinin inkişaf etdirilməsi, maliyyə dəstəyinin gücləndirilməsi, kənd təsərrüfatı malları bazarlarının qorunması, maddi-texniki bazanın möhkəmləndirilməsi və digər mühüm tədbirlərin reallaşdırılması nəzərdə tutulur.

 

Mehriban İMANOVA,

iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan.-2015.- 3 mart.- S.8.