İlaxır çərşənbələr

 

Bayram hazırlıqları qış fəslinin Boz ayında başlayır və Novruza qədərki bu müddət çərşənbədən-çərşənbəyə dörd həftəyə - çilləbeçəyə bölünür. Etiqada görə, bu həftələrin dörd, eləcə də Kiçik Çillənin üç çərşənbəsində təbiətdə canlanma, oyanma, dirilmə prosesi gedir. Bu yeddi çərşənbədən üçünə “oğru üskü”, dördünə “doğru üsküdeyilir. Bu çərşənbələrin hər birinin özünəməxsus ayin və mərasimləri var. Məsələn, torpağa gizlicə, xəlvəti toxunanoğru üskü”də adamlar yandırdıqları tonqalın üstündən hoppanmaqla bərabər, öncədən düzəltdikləri lopanı (məşəli) həmin odda alışdıraraq üç dəfə evin dövrəsinə dolandırıb deyirlər:

 

Qaçın, qaçın, şeytanlar,

Sizi oda qalaram.

Bununla da, bir növ, ovsun edirlər. Ayində guya şər qüvvələrin qorxub qaçması, bir daha həmin evə yaxın düşə bilməyəcəyi ifadə olunur.

Boz ayda qeyd olunan dörd ilsonu çərşənbələr öz mərasim ayinlərinin zəngin təmtəraqlı olması ilə həmişə seçilib, bundan sonra da seçiləcək. Sonuncu dörd çərşənbənin məxsusi adları olub. Bu adlar elə indi var, xalq arasında, yəni, el içində bu adlar Əzəl çərşənbə (Yalançı çərşənbə, Müjdəçi çərşənbə deyilir), Kül çərşənbə, Gül çərşənbə, İlaxır çərşənbə şəklindədir. XX əsrin 80-ci illərinin axırlarındaabi - atəş - xaki - bad”ın təsiri ilə Boz ayın dörd çərşənbəsi Su, Od, Yel, Torpaq çərşənbələri adı ilə tanıdılmaqdadır.

Xalqımız Boz ayın yaz soraqlı çərşənbələrinin dördünü müqəddəsləşdirmiş onların hər birini ayrı-ayrılıqda böyük şənliklərlə qeyd etmiş, bununla da, qarşıdan gələn təzə ili bolluq, firavanlıq, xoşbəxtlik, əmin-amanlıq sağlamlıq ili kimi görməyi arzulamışlar. İlk çərşənbədən Novruz bayramı axşamınadək insanı yaşadan, həyatı mənalandıran bu əbədi varlıqların hər biri ilə bağlı azərbaycanlılar özlərinin ayin, etiqad, inanc, tapınma, oyun-tamaşa digər mərasimlərini yaratmışlar. Bu mərasimlər, icra olunan ayinlər, əsasən qışın yola salınması, yazın qarşılanması ilə bağlı olub Novruz bayramına ilkin hazırlıqdır.

Od çərşənbəsi mərasimləri

Günəşə qurban kəsmək

Günəş istisini arzulayan ulu babalarımız Odlu çərşənbədə sübh tezdən Günəşə qurban aparardılar. Daha erkən çağlarda aparılan belə qurban adətən kəhər at olardı. Bir nəfər yedəyindəki atı uca bir təpənin üstünə qaldırardı. Digərləri isə onları arxadan müşahidə edərdi.

Gün doğan kimi at təpənin üstündə olar, Günəşin doğması şərəfinə onu qurban kəsərdilər. Xalqda belə bir inam olardı ki, qırmızı kəhərin Günəşə qurban kəsilməsi adamlara xoşbəxtlik səadət gətirərdi.

Bu mərasim xalqımızın ən qədim görüşlərindən olub bir sıra qayaüstü rəsmlərdə öz əksini tapmışdır. Kəlbəcər qayaüstü təsvirlərində bu mərasim qeydə alınmışdır.

Bayatılar

Suda yandı...

Od da yandı, su da yandı.

Dərdimi suya dedim,

Od tutdu, o da yandı.

Düşən yeri...

Atlanıb düşən yeri.

Göz yaşım oda dönüb,

Yandırır düşən yeri.

Ocağın odu keçdi,

Yel vurdu odu keçdi.

baxırsan, ay oğlan,

Sevgilin budu, keçdi.

Köynəyin gülü yansın,

Od tutsun, gülü yansın.

Səni məndən edənin,

Ağzında dili yansın.

Atalar deyib ki...

Od imandır.

Od qalar köz qalar, qız qalar söz olar.

Odsuz ocaq olmaz.

Od düşdüyü yeri yandırar.

Oda dərdini deyən xeyir

aparar.

Odu söyən qara günə qalar.

Ocaq sönməyən yerdə

məskən salarlar.

Görkəmli ədiblərimizin

yaradıcılığında Novruz

Yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadə yumoristik ruhlu, lakonik hekayələri satirik felyetonları ilə ədəbi-mədəni həyata güclü təsir göstərmiş, “Molla Nəsrəddinəbədi məktəbini yaratmışdır. Onun yaradıcılığı Azərbaycan nəsrinin, dramaturgiyasının qızıl səhifələrini təşkil edir. Görkəmli ədibin Novruz bayramına həsr olunmuş məqaləsini təqdim edirik.

Mübarək olsun

Adət eləmişik bayramda sevinmək, şad olmaq biri-birimizi təbrik etməyə. Uşaqlar da adət edib bayramda sevinmək, şad olmaq biri-birini təbrik etməyə.

Bəs təfavüt nədir? Uşaqlarla bizim təfavütümüz hardadır? Uşaqlar da şad olub, biz böyüklər şad olmuşuq. Uşaqlar sevinib, təzə paltar qırmızı yumurtaya, biz böyüklər elə haman şeyə sevinmişik. Amma lazımdır ki, biz böyüklərlə kiçiklərin təfavütü ola idi. Təfavüt burada ola bilər ki, bayram günü biz təzə geyinmiş, cibləri dolu uşaqlarımıza baxanda sahibsiz, ac uşaqları da yada salaydıq ki, bayram günü bizim uşaqlarımız plov yeyəndə yetim uşaqlar bəlkə yavan çörək tapmayacaqlar.

Bir kəs ki, bu mətləbi düşünmədi, onun uşaqdan bir fərqi yoxdur, çünki uşaq tayfası belə hisslərdən uzaq olar. Amma həqiqi bayram o kəslər üçündür ki, bayram günü onun cismindən savayı ruhu da şad ola, ruhun şadlığı o surətdə ola bilər ki, insanlar insanlıq vəzifəsini yerinə yetirə. Mübarək olsun səidi-novruz o şəxslərə ki, bayram münasibətilə sahibsiz bir uşağı yada salıb onu şad edəcək. Mübarək olsun firuzi-novruz o qardaşlara ki, onun hümməti nəticəsində digər bir möhtac qardaşımız da bayram günü özü uşağını tox görüb, övladını bir qırmızı yumurta ilə sevindirə biləcəkdir.

Molla Nəsrəddin”,

20 mart 1921

Dörd çərşənbənin ikincisi

Əhməd CAVAD

Mən oddan yaranmışam,

Odur südüm, nəfəsim.

Od rənginə boyanmışam,

Oddur gücüm, oddur səsim!

Taxılım da oddur mənim,

Oddur gülüm, çəmənim!

Qaynar sular canımdadır,

Vulkanları qanımdadır!

Ömrüm-günüm odda yaşar,

Meyvələrim oda oxşar.

Odlar mənim hakimimdir,

Mən odların hakimiyəm!

Babam oddur, anam oddur,

Odur ki, mən od kimiyəm!

Odsuz daşa oxşayardım,

Odsuz sonsuz yaşayardım!

 

Hazırladı:

İradə ƏLİYEVA,

Azərbaycan.-2015.- 3 mart.- S.9.