Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın sənaye və
ticarət
nazirinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 3-də
Çex Respublikasının sənaye və ticarət naziri
Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
Görüşdə
Azərbaycan ilə Çexiya arasında ikitərəfli
münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin
qarşılıqlı investisiya qoyuluşu üçün
müsbət zəmin yaratdığı bildirildi, energetika sahəsində
əməkdaşlıq üçün yaxşı
perspektivlərin olduğu qeyd edildi.
Söhbət
zamanı Bakıda keçirilən Azərbaycan-Çexiya
biznes forumunun iqtisadi əlaqələrimizin inkişafı
işinə xidmət edəcəyi vurğulandı, iqtisadi
sahədə əməkdaşlığın perspektivləri
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2015.- 4 mart.- S.1.