Prezident İlham Əliyev Rusiyanın “ÂÒÁ” Bankının

 prezidenti idarə heyətinin sədrini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının “ÂÒÁ” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2015.- 4 mart.- S.1.