Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2007-ci il 6 oktyabr tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarının
dövlət gigiyena qeydiyyatına
alınması və dövlət reyestrinin
aparılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 49 Bakı
şəhəri, 24 fevral 2015-ci il
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1091-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 897 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 oktyabr tarixli 158 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 10, maddə 1018; 2011, ¹ 5, maddə 458) ilə təsdiq edilmiş “Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 1.3-cü bəndinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 4 mart.- S.1.