Azərbaycan və İran
regionda sülh, sabitlik
və
təhlükəsizliyin təmin
olunmasına töhfə
verir
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə
səfərdə olan İranın xarici işlər nazirinin
müavini İbrahim Rəhimpurun rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimizin
rəhbərləri tərəfindən müəyyən
olunan strateji xəttə uyğun olaraq, ikitərəfli əməkdaşlığın
inkişafından məmnunluq ifadə edilib. Azərbaycan və
İranın regionda sülh, sabitlik və təhlükəsizliyin
təmin olunmasına töhfələri vurğulanıb.
Söhbət
zamanı Ermənistan-Azərbaycan münaqişəsinin
regional sülh və təhlükəsizlik üçün əsas
təhdid olduğu qeyd edilib, münaqişənin həlli
üçün ilk növbədə Ermənistan silahlı
qüvvələrinin işğal altındakı Azərbaycan
ərazilərindən çıxarılmalı olduğu diqqətə
çatdırılıb. Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə
əməkdaşlığının regional inkişafa xidmət
etdiyi vurğulanıb.
Görüşdə
martın 4-5-də Xəzər dənizinin hüquqi statusuna
dair konvensiyanın hazırlanması üzrə Xəzəryanı
dövlətlərin Bakıda keçiriləcək
iclasının əhəmiyyəti vurğulanıb.
İbrahim
Rəhimpur Azərbaycanın xarici işlər nazirinin
müavini Xələf Xələf ilə də
görüşüb.
Görüşdə
iki ölkə arasında siyasi, iqtisadi, ticarət, elm, mədəniyyət,
nəqliyyat və enerji sahələrində əməkdaşlığa
dair məsələlər müzakirə olunub.
Azərbaycan.-2015.- 4 mart.- S.2.