Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstanın
Baş naziri Boyko Borisovun
mətbuat konfransı
Azərbaycan Prezidenti İlham
Əliyevin Bolqarıstana rəsmi səfəri
Martın
4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Bolqarıstan Respublikasının
Baş naziri Boyko Borisovun mətbuat konfransı olub.
Baş
nazir Boyko Borisov Prezident İlham Əliyevi bir daha salamladı və
sözü dövlətimizin başçısına verdi.
Ölkələrimiz
arasında əlaqələrin yüksək səviyyədə
olduğunu deyən Prezident İlham Əliyev Bolqarıstana budəfəki
səfəri zamanı bu əlaqələrin müxtəlif
aspektlərinin müzakirə olunduğunu söylədi.
Prezident İlham Əliyev qeyd etdi ki, Bolqarıstan ilə Azərbaycan
arasında siyasi əlaqələr güclüdür və bu
əlaqələrin gözəl perspektivləri var. Ölkələrimizin
beynəlxalq təşkilatlar çərçivəsində
uğurlu əməkdaşlığı mövcuddur. Bolqar
şirkətlərinin Azərbaycana investisiya qoymaq perspektivləri
də böyükdür.
Dövlətimizin
başçısı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə
toxunaraq bu layihənin Avropanı Asiya ilə birləşdirməkdə
mühüm əhəmiyyət
daşıdığını diqqətə
çatdırdı. Bolqarıstanda keçirdiyi
görüşlər zamanı müzakirə olunan məsələlər
içərisində enerji layihələrinin əsas mövzu
olduğunu vurğulayan Prezident İlham Əliyev bu baxımdan
“Cənub” qaz dəhlizinin önəmindən
danışdı. Bildirdi ki, TANAP və TAP layihələrinin
tikintisi “Cənub” qaz dəhlizi layihəsini
formalaşdırır və bundan sonra da Azərbaycan
Avropanın enerji təhlükəsizliyindəki rolunu davam
etdirəcək. Bolqarıstanın da “Cənub” qaz dəhlizi
layihəsinin iştirakçısı olduğunu diqqətə
çatdıran Prezident İlham Əliyev gələcəkdə
tranzit ölkə kimi Bolqarıstanın həmin layihədə
mühüm rol oynayacağını vurğuladı.
Bolqarıstanı
Azərbaycanın yaxın dostu kimi dəyərləndirən
Prezident İlham Əliyev bir daha milli bayram münasibətilə
təbriklərini çatdırdı.
Baş
nazir Boyko Borisov qarşılıqlı səfərlərin əhəmiyyətinə
toxundu və dedi ki, belə səfərlər nəzərdə
tutulan layihələrin uğurlu icrasına güclü təkan
verir. Baş nazir qeyd etdi ki, Bolqarıstanda siyasi hakimiyyəti
kimin təmsil etməsindən asılı olmayaraq hər zaman
Azərbaycan və “Cənub” qaz dəhlizi dəstəklənəcək.
Çünki bu layihə Bolqarıstanın qaz-nəqliyyat
sisteminin inkişafına güclü təkan verəcək.
Bolqarıstanın
Baş naziri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin
önəmindən danışdı. O, ölkələrimiz
arasında inşaat, əczaçılıq, səhiyyə,
kənd təsərrüfatı, idman və digər sahələrdə
əməkdaşlığın geniş perspektivləri
olduğunu vurğuladı.
Sonra
Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov
jurnalistlərin suallarını cavablandırdılar.
X X X
Daha sonra Baş nazir Boyko Borisovun adından nahar verildi.
AZƏRTAC
Azərbaycan.-2015.- 5 mart.- S.3.