Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1997-ci il
5 dekabr tarixli 135
nömrəli qərarı ilə təsdiq edilmiş
“Xroniki alkoqoliklərin və narkomanların
ixtisaslaşdırılmış tibb
müəssisələrində
saxlanması rejimi, normativləri və
müalicəsi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 52
Bakı şəhəri, 26 fevral 2015-ci il
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1101-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 901 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 dekabr tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 544; 2001, ¹ 1, maddə 70, ¹ 3, maddə 214; 2002, ¹ 2, maddə 100; 2007, ¹ 2, maddə 185, ¹ 8, maddə 847; 2008, ¹ 2, maddələr 123, 130; 2009, ¹ 10, maddə 857) ilə təsdiq edilmiş “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”nin 5.1-ci bəndinin ikinci abzasında “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 5 mart.- S.1.