Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan
Prezidenti Rosen Plevneliyev ilə təkbətək görüşü
Azərbaycan Prezidenti İlham
Əliyev Bolqarıstana
rəsmi səfəri
Martın
4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti
Rosen Plevneliyev ilə təkbətək görüşü
olub.
Dövlət
başçıları əvvəlcə rəsmi foto çəkdirdilər.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər
sahələrdə uğurlu inkişafından məmnunluq ifadə
edildi, yüksək səviyyəli qarşılıqlı səfərlərin
əhəmiyyəti vurğulandı. Azərbaycan Prezidenti
İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli
münasibətlərin daha da möhkəmlənməsi
işinə böyük töhfə verəcəyi qeyd olundu.
Əməkdaşlığın genişləndirilməsi
üçün böyük perspektivin və yaxşı
imkanların olduğu bildirildi.
Söhbət
zamanı ikitərəfli münasibətlər və beynəlxalq
məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.
AZƏRTAC
Azərbaycan.-2015.- 5 mart.- S.2.