Azərbaycan Prezidenti İlham Əliyev Müqəddəs Sofiya kilsəsində olub
Azərbaycan Prezidenti İlham
Əliyevin Bolqarıstana rəsmi səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 4-də
Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində
Müqəddəs Sofiya kilsəsində olub.
Bolqarıstan
paytaxtının mərkəzi hissəsində yerləşən
Müqəddəs Sofiya kilsəsi bu ölkənin diqqəti cəlb
edən ən qədim məbədidir.
Kilsənin
ayrı-ayrı guşələri və eksponatları ilə
tanış olan dövlətimizin başçısına məlumat
verildi ki, tarixi mənbələrdə burada ilk kilsənin
311-313-cü illərdə tikildiyi göstərilir. Sonralar məbəd
imperator I Konstantin tərəfindən daha da genişləndirilib.
Sonrakı əsrlərdə müxtəlif müharibələr
zamanı kilsə dağıntılara məruz qalıb. 537-ci
ildə imperator I Yustinian məbədi yenidən bərpa etdirib.
Orta əsrlərdə bu tikili imperiyanın baş məbədi
olub. Osmanlı imperiyası dövründə məbəd bir
müddət məscid funksiyasını yerinə yetirib.
Bolqarıstan paytaxtının adı da ilkin mənbəyini
artıq 1700 ildir ki, dindarların əsas ibadət yeri kimi fəaliyyət
göstərən bu məbəddən götürüb. XIII
əsrdən başlayaraq yerli əhali bu şəhərə
yunanca mənası “müdriklik” olan Sofiya adını verib.
XIV əsrdən başlayaraq bolqar çarlarının
bütün sənədlərində paytaxt şəhər
Sofiya olduğu göstərilir. Bu kilsə dini məbəd
olmaqla yanaşı, tarixi abidə kimi Bolqarıstanın diqqətçəkən
turizm obyektlərindən sayılır.
Prezident
İlham Əliyev məbədin xatirə kitabına ürək
sözlərini yazdı.
AZƏRTAC
Azərbaycan.-2015.- 5 mart.- S.3.