Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstanın

 Baş naziri Boyko Borisovun mətbuat konfransı

 

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi

 

Baş nazir Boyko Borisovun bəyanatı

 

- Sizə təşəkkür edirəm, cənab Prezident.

İcazənizlə, bizim media mənsubları üçün əlavə məlumat vermək istərdim ki, bu görüşlərdə Veliko Tırnovo şəhərinin meriiştirak edir. Bizim bu şəhərdə gələcək layihələrimiz var. Bu şəhər Azərbaycana növbəti maraqlı layihələrini təklif edir. Bu, çox gözəl bir şəhərdir və ümid edirəm ki, turistlərin də marağına səbəb olacaq.

Ümidvaram, bu məsələyə də diqqət yetirildi ki, bizNabucco” layihəsinin də yenidən bərpa edilməsinə önəm veririk. Bu layihədə Bolqarıstan çox sadiq tərəfdaş olmuşdurbiz digər ölkələrdən fərqli olaraq üzərimizə düşən 3-cü enerji paketi çərçivəsində bütün öhdəliklərimizi yerinə yetirmişik.

Cənab Prezident İlham Əliyev və SOCAR-ın nümayəndəliyi ilə bərabər biz yenidən həmin təkliflər paketini Avropa İttifaqı məmurlarının diqqətinə çatdıracağıq ki, bu məsələdə Bolqarıstana hər hansı bir maneə törətməsinlər. Biz heç də yalnız Avropa Komissiyasının maraqlarını müdafiə etməklə məşğul olmamalıyıq. Uzun illərdir biz bu layihələrin inkişafına böyük sərmayələr qoymuşuq, böyük səylər göstərmişik. O da bir faktdır ki, həmin layihənin səhmləri Azərbaycan tərəfindən də əldə edilə bilər. Bu da bizim üçün, Bolqarıstan üçün əlavə mənfəət deməkdir.

Bolqarıstanın bütün siyasi partiyalarının nümayəndələri Azərbaycanda səfərdə olublar, Azərbaycanı sevirlər, bu ölkəyə böyük rəğbət bəsləyirlər. Ona görə də zənnimcə, Bolqarıstanda hansı partiyanın iqtidarda olmasından asılı olmayaraq bu layihələr üzrə bütün işlər uğurla gedəcək. Bu, bizim əlavə imkanlarımızdır, bizim qaz və nəqliyyat sisteminin inkişafı deməkdir. Bu, bizim nəqliyyat və boru kəmərləri sisteminin şaxələndirilməsi deməkdir. Bu, Avropaya da yeni mənbələrin əldə edilməsinə şərait yaradır. Əminəm ki, burada heç bir maneə olmayacaqAvropa Komissiyası bu məsələdə bizi tam dəstəkləyəcək.

Cənab Prezident Əliyev, Sizi əmin edə bilərəm ki, bu məsələdə Siz Bolqarıstanın tam dəstəyinə arxalana bilərsiniz. Bizim hökumətimiz bu danışıqlarda birmənalı olaraq bu əməkdaşlığın tərəfdarı kimi çıxış edəcək və bu məsələnin, yəni, “Cənub” qaz dəhlizinin ən qısa zamanda inkişaf etdirilməsinə və reallaşdırılmasına çalışacaq.

Azərbaycan bu gün artıq Yunanıstanın qaz şəbəkəsinə yüz milyonlarla avro sərmayə yatırmışdır. Bu da gələcək üçün geniş imkanlar açır. Bu layihə heç bir dövlətə qarşı yönəlməyib. Bu layihə milli maraqlarımızın müdafiəsinə xidmət edir ki, bizim qaz nəqliyyat sistemimiz tam doldurulmuş olsun. Biz bilirik ki, Azərbaycan dəmir yolu nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsinə böyük sərmayələr yatırır. Bu layihə Mərmərə tuneli vasitəsilə birləşəndən sonra Asiyadan Avropaya uzanan ən qısa bir marşrut olacaq. Bu, çox böyük yük həcmlərinin daşınması deməkdir. Bu da iqtisadiyyatın və ticarət əlaqələrinin genişləndirilməsinə növbəti bir stimul olacaqbu məsələyə də bizim tam dəstəyimiz var.

Digər sahələrdə – idman, mədəniyyət və kənd təsərrüfatı sahələrində sərmayə üçün böyük imkanlarpotensial var. Bundan əlavə, biz əczaçılıq məhsullarının təchizatı məsələsini də müzakirə etdik. Bizim səhiyyə nazirimiz artıq bu gün böyük əczaçılıq şirkətlərinin nümayəndələri ilə görüşərək Azərbaycanda istehsal sahələrinin yaradılması məsələlərini nəzərdən keçirəcək. Bizim tikinti şirkətlərimiz də Azərbaycanda bir sıra layihələrdə iştirak edə bilərlər. Beləliklə, çox geniş imkanlar vardır ki, biz dost Azərbaycan ilə bir sıra sahələri inkişaf etdirək.

 

Azərbaycan.-2015.- 6 mart.- S.1-2.