Ali qonağın şərəfinə

 

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri

 

Martın 4-də Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

 

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirildi.

Bolqarıstan Prezidenti Rosen PLEVNELİYEV çıxış edərək dedi:

- Zati-aliləri.

 

Milli Assambleyanın sədrinin müavini.

Kabinetin üzvləri.

Zati-aliləri.

Xanımlar cənablar.

Prezident İlham Əliyevi onun rəhbərlik etdiyi nümayəndə heyətini Sofiyada salamlamaq mənim üçün şərəfdir. Səfəriniz Prezident Jelyu Jelev Prezident Heydər Əliyev tərəfindən Bolqarıstan Respublikası Azərbaycan Respublikası arasında dostluq münasibətləri əməkdaşlıq haqqında Sazişin imzalanmasının 20-ci ildönümünə təsadüf edir. Hər iki dövlət başçısı münasibətlərimizin əsas prinsiplərini - xalqlarımızın rifahı çiçəklənməsi naminə qarşılıqlı hörmət anlaşmanı bizə miras qoyublar.

Biz ötən 20 ildə konkret layihələri icra etməklə tarixi əlaqələrimizi inkişaf etdirərək münasibətlərimizi praqmatizmlə zənginləşdirmişik. Bu gün Azərbaycan Bolqarıstanın çox dəyərli etibarlı tərəfdaşıdır. Ən yüksək siyasi səviyyədə keçirilən müntəzəm görüşlər yeni əməkdaşlıq formalarını müəyyən etmək üçün iradəmizin mövcudluğunu sübut etmişdir. Bu gün Bolqarıstan Respublikası Azərbaycan Respublikası arasında imzalanmış Birgə Bəyannamə münasibətlərimizi mühüm strateji səviyyəyə yüksəldərək yeni mərhələnin başlanğıcını qoymuşdur.

Bolqarıstan Prezidenti Rosen Plevneliyev çıxışında 2014-cü ilin sentyabrında Bakıya etdiyi səfər zamanıCənubqaz dəhlizinin təməlqoyma mərasimində iştirakını xatırladı. Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini, beynəlxalq aləmdə rolunun artdığını, regionda aparıcı ölkəyə, neft qaz sahəsində beynəlxalq ticarətdə mühüm amilə çevrildiyini diqqətə çatdıran Bolqarıstan dövlətinin başçısı dedi:

- Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində Avropa İttifaqının əsas tərəfdaşına çevrilmişdir. Cənubqaz dəhlizinin uğurla həyata keçirilməsi Bolqarıstanın yeganə boru xəttindən təchizatçıdan uzunmüddətli asılılığına son qoyacaqdır. Keçən ilin sentyabr ayında Bakıda rəsmi mərasimdə yüksək səviyyədə təmsil olunmağımız da Bolqarıstan Respublikasının Avropa üçün strateji əhəmiyyət daşıyan bu infrastruktur layihəsinə verdiyi önəmin ifadəsidir. Bolqarıstan Azərbaycan arasında enerji əməkdaşlığının təməlində hər il 1 milyard kubmetr qazın təchizi üzrə artıq imzalanmış müqavilə, habelə əlavə həcmlərin müzakirə olunması imkanı durur. Lakin biz daha yaxşı nəticələr əldə edə bilərik. Biz Bolqarıstanda Cənub-Şərqi Avropa regionunda mənzillərin qazla təmin olunması, qaz anbarları qaz tranziti infrastrukturunun inşası sahəsində Azərbaycan ilə müştərək layihələrin həyata keçirilməsi imkanlarının araşdırılmasında maraqlıyıq.

 

 

X X X

 

 

Rəsmi ziyafətdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

 

- Hörmətli cənab Prezident.

 

Xanımlar cənablar.

 

İlk növbədə, mənə nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, Bolqarıstan xalqını milli bayramı – 3 mart Azadlıq Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

 

Zəngin tarixi mədəniyyəti ilə seçilən Bolqarıstanı yenidən ziyarət etməyimdən çox məmnunam. Mən Sizin ölkənizə üçüncü səfərimi edirəm. Bu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Səfərimin yekunlarını müsbət qiymətləndirirəm. Apardığımız danışıqlar fikir mübadiləsi, imzalanan sənədlər, xüsusilə Azərbaycan Respublikası Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməbizi əmin edir ki, nəticələr uğurlu olacaq, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.

 

Azərbaycan Bolqarıstan xalqları arasında münasibətlərin qədim tarixi var. Bizim mədəniyyət, incəsənət, elm sahəsində əlaqələrimizi sübut edən çoxlu faktlar mövcuddur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri isə hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Görkəmli Azərbaycan şairləri, yazıçıları Bolqarıstana, bolqar xalqına həsr olunmuş gözəl əsərlər yazmışlar. Bolqar ədəbiyyatının klassikləriİvan Vazovu, Xristo Botevi, Yemelyan Stanevi bir çox başqalarını bu gün Azərbaycanda sevərək oxuyurlar.

 

İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var. Azərbaycanda mövcud olan əlverişli siyasi-iqtisadi mühit beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Davos İqtisadi Forumu Azərbaycanı iqtisadi sahədə rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bu da ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyuluşu, şirkətlərin fəaliyyəti ikitərəfli əməkdaşlığın genişlənməsi üçün yaxşı şəraitin olduğunu göstərir.

 

Eyni zamanda, enerji sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri genişdir. Zəngin karbohidrogen ehtiyatlarına malik ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Hazırda Azərbaycandan enerji resurslarını müxtəlif istiqamətlərə nəql edən 7 neft qaz kəməri mövcuddur. Azərbaycan TANAP layihəsinin əsas səhmdarıdır, TAP Şahdənizlayihələrində isə böyük paya malikdir. Cənubi Qafqaz qaz kəmərinin genişlənməsi ilə bərabər bu layihələr hazırda Avropada inşa edilən ən böyük, dəyəri ən azı 45 milyard dollar olan infrastruktur layihəsidir.

 

Azərbaycan yalnız enerji sektorunun inkişafı ilə kifayətlənmir. Biz regional əməkdaşlığa töhfə verən digər layihələrə böyük sərmayələr qoyuruq. Bu il Xəzər dənizində ən böyük Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatacaqdır. Bununla da Asiya ilə Avropanı birləşdirəcək ən rahat qısa dəmir yolu istifadəyə veriləcəkdir.

 

Azərbaycan öz nəqliyyat infrastrukturunun imkanlarını tərəfdaşları ilə bölüşməyə hazırdır. Ölkələrimiz arasında humanitar sahədə münasibətlərin uğurla inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir. 2004-cü ildən isə Bolqar Dili Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində bolqar gənclərini Azərbaycanın mədəniyyəti, dili ədəbiyyatı ilə yaxından tanış etmək məqsədilə Azərbaycan Dili Mədəniyyəti Mərkəzi yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur.

 

Bolqarıstan ilə Avropa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlığımız da məmnunluq doğurur. Azərbaycan artıq neçə illərdir ki, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biricari ilin iyununda ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarıdır. Yüksək səviyyədə təşkil edəcəyimiz bu yarışlarda iştirak edəcək bolqarıstanlı atletlərə uğurlar arzulayıram.

 

Azərbaycan, eyni zamanda, yerləşdiyi regionda təhlükəsizliyin və sabitliyin qorunmasında, inkişafın və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayır. Bununla belə, əfsuslar olsun ki, regionun ən ağrılı problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsi var ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT, NATO, Avropa Parlamenti, AŞPA, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bir daha qeyd etmək istəyirəm ki, bu gün imzalanmış “Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstan tərəfinə minnətdarlığımı bildirirəm.

 

 

AZƏRTAC

Azərbaycan.-2015.- 6 mart.- S.2.