Antiazərbaycançı şəbəkənin niyyəti gözündə qalacaq

 

Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına cəmi 3 aydan bir qədər artıq vaxt qalıb. 2012-ci ildə Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarından sonra genişmiqyaslı hazırlıq işləri başlayıb: yeni idman kompleksləri inşa olunub, mövcud idman qurğuları müasir standartlara uyğun yenidən qurulub. Hazırda real vəziyyət ondan xəbər verir ki, respublikamız tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edəcək. Ümumilikdə isə bu oyunların standartları məhz Bakıda müəyyən olunacaq.

I Avropa Oyunları çox mühüm və beynəlxalq idman hadisəsi ilə yanaşı, həm də müstəqilliyinin 24-cü ilini yaşayan gənc Azərbaycan dövlətinin dünyaya növbəti təntənəli və möhtəşəm təqdimatı olacaq. XXI əsrin ötən dövründə respublikamız qədəm qoyduğu sosial-iqtisadi inkişaf göstəricilərinə görə, dünyanın aparıcı siyasiiqtisadi dairələrinin diqqətini cəlb etməyi bacarıb. Makroiqtisadi yüksəliş dinamikasına görə, artıq neçə illərdir dünyanın liderləri sırasında dayanan Azərbaycanda formalaşan inkişaf modeli ölkə həyatının kompleks və davamlı tərəqqisini təmin etməklə beynəlxalq nümunəyə çevrilib. Bu modelə dünyanın bəzi dövlətləri tərəfindən çoxsaylı müraciətlər olunur, öyrənilir, tətbiq edilir. I Avropa Oyunları, eləcə də Bakı Humanitar Forumu və digər beynəlxalq tədbirlər ölkəmizə gələn hər bir xarici ölkə vətəndaşında inkişaf edən Azərbaycan barədə əyani təəssürat yaradır.

Təbii ki, uğurlarımız dostlarımızı sevindirir, düşmənlərimizə isə dağ çəkir. Və bu zaman bir məsələnin də şahidi oluruq ki, düşmənimiz təkcə torpaqlarımıza göz dikənlər deyil. Bu gün erməni lobbisi ilə yanaşı antiazərbaycançı şəbəkənin digər ünsürləri - uğurlarımızı gözü götürməyən bəzi xarici dairələr, erməni təəssübkeşləri, ölkəmizdə maraqlarını gerçəkləşdirə bilməyən mərkəzlər, Azərbaycanı öz geosiyasigeostrateji ambisiyalarına cəlb etməyə çalışanlar respublikamıza qarşı “qara piar” aparırlar. Belə çirkin kampaniyalar Azərbaycanın hansısa beynəlxalq uğuruya ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlər zamanı aktivləşdirilir, köhnə ssenarilər yenidən dövriyyəyə buraxılır. Bu mənada qarşıdan gələn I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı hansısa qarayaxma kampaniyasının olacağı gözlənilən idi.

Özünü “beynəlxalq hüquq müdafiə təşkilatı” hesab edən, amma öz fəaliyyətini qərəz üzərində quranAmnesty International” təşkilatının bu günlərdə I Avropa Oyunları ilə bağlı bədnam çağırışı antiazərbaycançı şəbəkənin sifarişi olmaqla, ölkəmizə qarşı təxribatdan başqa bir şey deyil. Bu məsələyə münasibət bildirən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, bəzi dairələr I Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilənqara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar: “Təəssüf ki, davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplarxarici dairələr bu fürsəti də əldən vermək istəmir və I Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar. Amnesty İnternational” təşkilatının I Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir”.

Əli Həsənovun sözlərinə görə, təsadüfi deyil ki, “Azadlıq” radiosu başda olmaqla bəzi maraqlı qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını əks etdirən video yayır və paylaşırlar:Halbuki həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar”.

Xatırladaq ki, hələ üç il əvvəl Azərbaycanın “Eurovision” mahnı yarışmasına ev sahibliyi ərəfəsində də antiazərbaycançı şəbəkə ölkəmizə qarşı belə məkrli fəaliyyətə start vermişdi. Həmin yarışmadakı qalibiyyət və “Eurovisionun Azərbaycana gətirilməsi xalqımızın yüksək nailiyyəti idi. Hər birimiz bu qələbədən fəxarət hissi keçirir, qürur duyurduq. Amma antiazərbaycançı və erməni təəssübkeşliyi mövqeyində dayananlar bunu həzm edə bilmirdilər. Lakin onların Azərbaycana qarşı apardıqları çirkin təbliğat fiaskoya uğramaqla öz məntiqi nəticəsinə çatdı. Həmin günlərdə Bakıya gələn xarici ölkə vətəndaşlarının hər addımda ölkəmizə heyranlıqlarını bəyan etmələri, dünyanın nüfuzlu KİV-nin Bakının gözəlliyini, “Eurovision” mahnı müsabiqəsinin təşkilatçılığının yüksək səviyyədə həyata keçirilməsini, xalqımızın qonaqpərvərliyini geniş şəkildə işıqlandırmaları antiazərbaycançı şəbəkənin, erməni lobbisinin Azərbaycana qarşı həyata keçirdikləri məkrli siyasəti alt-üst etdi.

Eləcə də Macarıstanda həbsdə olunan Azərbaycan zabiti Ramil Səfərovun vətənə gətirilməsi zamanı özünü hüquq müdafiə təşkilatı sayan, lakin müəyyən dövlətlərin və təşkilatların erməni təəssübkeşliyindən irəli gələn sifarişlərini yerinə yetirən xarici qurumların hansı əməllərdən çıxdıqları yaxşı yadımızdadır. Ramil Səfərovun vətənə gətirilməsi və təyyarədən düşən kimi azad edilməsi Prezident İlham Əliyevin mühüm diplomatik qələbəsi idi. O dövrdə antiazərbaycançı şəbəkənin başlatdığı növbəti məkrli kampaniya Azərbaycan dövlətinin və xalqının qələbəsi ilə yekunlaşdı.

Azərbaycanda keçirilən seçkilər zamanı da bu cür təşkilatlar daim qərəzli mövqedən çıxış ediblər. Çünki Azərbaycan həm də demokratiya yolu ilə uğurla addımlayır və buna görə də antiazərbaycançı şəbəkənin və erməni lobbisinin əlində alətə çevrilən bəzi xarici təşkilatlar hazırladıqları hesabatlarda ölkəmizdəki demokratik vəziyyəti məqsədyönlü şəkildə təhrif edirlər. Xüsusilə “Freedom House”, “Human Rights Watsh”, “Amnistey İnternationalkimi subyektiv məqsədlərə xidmət göstərən təşkilatlar Azərbaycana qarşı istər seçkilər, istərsə də ölkəmizin digər müvəffəqiyyətləri zamanı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları qismində çıxış edirlər. Əslində, belə təşkilatların hesabatları hər bir ölkədə vəziyyəti düzgün göstərməli, demokratiyahüququn aliliyi prinsiplərinin qorunmasına xidmət etməlidir. Lakin onlar antiazərbaycançı şəbəkənin və erməni lobbisinin maraqlarına xidmət etdiklərindən obyektiv gerçəkliyi əks etdirmək əvəzinə, qərəzli və yalan məlumatlar əsasında hər zaman Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd göstəriblər. Amma həmişə də məğlub olublar.

Odur ki, qarşıdan gələn

I Avropa Oyunlarına sayılı günlər qaldığı vaxtda bu kimi təşkilatların və KİV-in Azərbaycana qarşı qərəzli mövqe ortaya qoymalarında əslində təəccüblü nəsə yoxdur. Heç buna əhəmiyyət də verilmir. Azərbaycan bu möhtəşəm idman tədbirini ən yüksək səviyyədə təşkil edəcək, ən yüksək səviyyədə başa çatdıracaq. On minlərlə xarici qonaq Azərbaycana gələcək, növbəti dəfə ölkəmizin uğurlarını, inkişafını və qonaqpərvərliyini görəcək. Beləliklə, bütün Avropadünya növbəti dəfə Azərbaycanı daha yaxından izləmək və tanımaq imkanı əldə edəcək. Antiazərbaycançı şəbəkənin niyyəti isə həmişə olduğu kimi yenə də gözündə qalacaq.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 6 mart.- S.4.