Azərbaycan Prezidenti İlham Əliyevin Müqəddəs
Taxt-Tacın
dövlət katibi kardinal Pietro
Parolin ilə geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham
Əliyevin Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri
Martın
6-da Vatikana rəsmi səfəri çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
xanımı Mehriban Əliyevanın Müqəddəs
Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə
geniş tərkibdə görüşü olub.
Görüşdə
Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığın
səviyyəsindən məmnunluq ifadə edildi. Azərbaycanda
bütün dinlərə münasibətin yüksək səviyyədə
olduğu, müxtəlif dini icmalar arasında
qarşılıqlı anlaşma və etimad mühitinin
hökm sürdüyü bildirildi. Azərbaycanda
multikulturalizmin yaxşı ənənələrinin olduğu
diqqətə çatdırıldı. Bu sahənin
inkişafına xüsusi diqqətin göstərildiyi, ölkəmizdə
sabitliyin və qarşılıqlı anlaşmanın
yüksək səviyyədə olduğu vurğulandı.
Söhbət
zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ətraflı fikir
mübadiləsi aparıldı.
X X X
Bununla
da martın 6-da Prezident İlham Əliyevin və xanımı
Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi
səfəri başa çatdı.
AZƏRTAC
Azərbaycan.-2015.- 7 mart.- S.1.