"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci və 37-ci bəndləri  aşağıdakı redaksiyada verilsin:

 

“5. Azərbaycan - Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

Fətiyev Xanlar Nuru oğlu”.

 

“37. Azərbaycan - Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu:

İsmayılov İmamverdi İbiş oğlu”.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri                                     

 Bakı şəhəri, 6 mart 2015-ci il

Azərbaycan.-2015.- 7 mart.- S.2.