Deputatlar İnsan hüquqları üzrə müvəkkilin

 illik hesabatını qəbul etdilər

 

Milli Məclisin iclasında

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənildi, Parlamentlərarası əlaqələr üzrə 2 işçi qrupunun rəhbərlərinin seçilməsi haqqında qərar qəbul olundubir neçə qanun layhəsinə dəyişiklik edildi.

Öncə Milli Məclisin Sədri Oqtay Əsədov qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə parlamentin xanım deputatlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzuladı. Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova illik məruzəsini təqdim etdi. Məruzənin əsas məqsədi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2014-cü ildə ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının vəziyyətinin öyrənilməsi və təhlili, müsbət nəticələrlə yanaşı, çatışmazlıqların və pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyəti haqqında məlumatların verilməsindən ibarətdir. Dövlətimizin ali məqsəd kimi qarşıya qoyduğu insan və vətəndaş hüquqlarının, azadlıqlarının, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi vəzifəsinin yerinə yetirilməsi istiqamətində ötən ildavam etdirilən sosial-iqtisadi siyasət əhalinin rifahının getdikcə yaxşılaşmasında özünü göstərməkdədir. Sosial yönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində minlərlə yerləri açılıb, işsizliyinyoxsulluğun səviyyəsi enib. Məruzədə bildirilir ki, müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 114.690, 2014-cü il ərzində isə 13.150 müraciət daxil olub. Ötən il Ombudsman Aparatında və regional mərkəzlərdə ümumilikdə 2.468 şəxs ilkin olaraq qəbul edilib. Müvəkkil və əməkdaşlar tərəfindən aparatda, regionlarda, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə əhali ilə görüşlər zamanı, habelə cəzaçəkmə müəssisələrində, həbsxanada, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, hərbi hissələrdə, uşaq, əlil və ahıl evlərində, internatlarda baxışlar zamanı 3.547 şəxs qəbul olunub. Müvəkkilin vəsatəti ilə fəaliyyəti dövründə 455 məhkum əfv edilibya barəsində amnistiya aktı tətbiq olunaraq azadlığa buraxılıb.

Məruzədən sonra müzakirələr başladı. Çıxış edən deputatlar Musa Qasımlı, Əli Məsimli, Musa Quliyev, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fərəc QuliyevSiyavuş Novruzov ombudsmanın hesabat məruzəsinin mükəmməl hazırlandığını bildirməklə yanaşı, təkliflər də səsləndirdilər. Qeyd edildi ki, hər il daha da təkmilləşən məruzəyə diqqət yetirdikdə Azərbaycanın dinamik inkişafı açıq şəkildə görünür. Bununla bərabər, belə qənaətə gəlmək olar ki, müvəkkil artıq vətəndaşların etimadını qazanıb, mülkisiyasi hüquqların qorunması sahəsində mühüm işlər görüb, dövlət qurumları ilə yaxşı münasibətlər yaradıb. Hətta ombudsmanın KİV-lə əməkdaşlığı digər qurumlara nümunə ola bilər. Deputatlar ombudsmanın QHT və digər qurumlar ilə olan təmasları, irəli sürdüyü təklifləri də müsbət qiymətləndirdilər. Bildirildi ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində dinamik işlər gedir, dövlət və hökumət bu sahədə lazımi tədbirlər görür.

Deputat Qüdrət Həsənquliyev isə dedi ki, Azərbaycan ilk dəfə olaraq dünya əhəmiyyətli bir idman bayramına hazırlaşır. Ancaq ilk Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəmizlə bağlı bəzi beynəlxalq təşkilatlar xoşagəlməz məlumatlar yayırlar. Ona göə də ombudsman öz səlahiyyətlərindən istifadə edərək beynəlxalq təşkilatlara bu barədə dolğun məlumat verməli və beynəlxalq idman yarışına kölgə salmaq istəyənlərin qarşısını almağa çalışmalıdır.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirdi ki, son dövrlər Azərbaycan dövləti haqqında olmazın böhtan, şər kampaniyaları aparan beynəlxalq təşkilatlar erməni mənşəli insanları, qrant verdikləri qeyri-hökumət təşkilatlarını, Azərbaycanın dövlət və hərbi sirrini erməni xüsusi xidmət orqanlarına ötürənləri dəstəkləyənlərdir. Onun sözlərinə görə, vaxtilə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də belə kampaniya gedirdi: “Həmin təşkilatların idarə heyətində, maliyyə qaynaqlarında erməni izi görünür. Buradan onlara işləyən “sapı özümüzdən olan baltalarda var.

Müzakirələrdən sonra ombudsmanın hesabtı səsə qoyularaq qəbul olundu.

“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə sənəd deputatlar tərəfindən müsbət qiymətləndirildi və səsə qoyularaq qəbul edildi. Qərara əsasən deputat Xanlar Fətiyev Azərbaycan-Avstraliya, deputat İmamverdi İsmayılov isə Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri təyin olundular (Milli Məclisin qərarı qəzetimizin bugünkü sayında dərc olunub).

İclada “Azərbaycan Respublikası hökuməti ilə Norveç Krallığı hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” və “Azərbaycan Respublikası hökuməti ilə Norveç Krallığı hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələri də səsə qoyularaq qəbul edildi.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, gündəlikdə olan bir çox qanun layihələrinə nəzərdə tutulmuş dəyişikliklər “Balıqçılıq haqqında” qanuna edilən yeni dəyişikliyə uyğunlaşdırmaq məqsədi daşıyır. Bu məqsədlə də Su, Torpaq, Cinayət, və İnzibati Xətalar məcəllələrində, habelə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə texniki dəyişikliklər təsdiqləndi.

Gündəlikdə olanDini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verdi. Komitə sədri bildirdi ki, dəyişiklik adı çəkilən qanunun 22-ci maddəsi üçün nəzərdə tutulur. Dəyişikliyə əsasən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın, audiovideo materialların, dini məzmunlu başqa materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsi ilə həyata keçirilir. Nəzarət markasının forması, uçotu, istifadəsi və verilmə qaydaları, habelə nəzarət markalarının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edəcək. Eyni qayda “Dərman vasitələri haqqında” qanunda da tətbiq ediləcək.

Dini etiqad azadlığı haqqında” qanunun 12.1-ci maddəsinə edilən dəyişiklik isə dini qurumun ləğv edilməsi ilə bağlıdır. Əvvəllər dini qurumların ləgvi yalnız məhkəmələr tərəfindən həyata keçirilirdi. Bu dəyişiklikdə isə göstərilir ki, hər hansısa bir dini qurum dövlət qediyyatına alınması üçün tələb olunan materiallardaya sənədlərdə edilmiş dəyişiklik barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə əməl etmədikdə dini mərkəz və ya idarələr həmin dini qurumun ləğvinin zəruruliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldıra bilərlər.

Dəyişikliklər səsə qoyularaq qəbul edildi.

Siyasi partiyalar haqqında” və Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, bu dəyişikliyə əsasən ölkəmizdə dövlət sirrini yayanlara qarşı cəzalar sərtləşdirilir. Məcəlləyə təklif olunan dəyişikliyə görə, şəxs tərəfindən ona etibar edilmişya xidməti vəzifəsinə, eləcə də işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda 3 ilədək müddətə müəyyən vəzifə tutmaya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 6 ilədək (bundan əvvəl 2 ildən 5 ilədək), eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ilədək müddətə, müəyyən vəzifə tutmaya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək (bundan əvvəl 3 ildən 7 ilədək) müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, hazırkı qanunvericiliyə əsasən yalnız vəzifəli şəxslər üçün dövlət sirrini yaymaq cinayət məsuliyyəti yaradır. Dəyişikliklər səsverməyə qoyularaq qəbul edildi.

Gündəliyin son məsələsi isə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi idi. Birinci oxunuş üçün plenar iclasa tövsiyə olunan sənəd Milli Məclisin İnsan hüquqları komitəsi tərəfindən hazırlanıb. Layihəni təqdim edən adı çəkilən komitənin sədri Rəbiyyət Aslanova bildirdi ki, yeni qanun layihəsi insan və vətəndaşın öz hüquq və azadlıqlarından istifadə edərək, konstitusion hüququ olan müraciət hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləmək, vəzifəli şəxslər tərəfindən müraciətlərə baxılma qaydalarını müəyyən etmək məqsədi daşıyır: “Dövlət başçısı bütün dövlət orqanlarından, vəzifəli şəxslərdən, hər bir məmurdan onlara ünvanlanan müraciətlərə həssaslıqla yanaşılmasını vətəndaşları narahat edən problemlərlə əlaqədar ciddi operativ fəaliyyət göstərilməsini tələb edir. Mərkəzi hakimiyyət orqanları rəhbərlərinin bölgələrə səfərləri, vətəndaşlarla bilavasitə görüşərək onları dinləmələri hakimiyyətlə xalq arasında olan dialoqun ifadəsidir. Bu artıq bir ənənəyə çevrilmişdir. Həm də bu görüşlər yerli hakimiyyət orqanları rəhbərlərinin məsuliyyətini artırır. Dövlət başçısı, möhtərəm İlham Əliyev qeyd edir ki, “Vətəndaş-məmur münasibəti ölkəmizin uğurlu inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə nümunəvi ölkə olmalıdır. Hesab edirəm ki, hər bir səlahiyyət sahibi bu çağırışa qoşulmalıdır”.

Komitə sədri diqqətə çatdırdı ki, hazırda vətəndaşların müraciətlərinə baxılma qaydaları 10 iyun 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin qəbul olunacağı təqdirdə həmin qanun ləğv ediləcəkdir. Qanun layihəsi 17 maddədən ibarətdir. Layihənin digər maddələrində müraciətə baxılma müddətləri, vətəndaşların qəbul edilməsi qaydaları müraciətinə baxılma zamanı vətəndaşların hüquqları və s. öz əksini tapmışdır. Bütün bu sadalananları nəzərə alaraq demək olar ki layihənin hüquqi yükü kifayət qədər nəzərə çarpandır. Sənəddə göstərilir ki, vətəndaşın müraciətinə 15 təqvim günündə baxılmalıdır.

R.Aslanovanın məruzəsindən sonra müzakirələr başlandı. Çıxış edən deputatlar Fazil Mustafa, Elmira Axundova, Jalə Əliyeva, Fəzail Ağamalı, Çingiz Qənizadə bildirdilər ki, yeni sənəd konseptual baxımdan bütün tələblərə cavab verir və seçicilərin deputatlara ünvanladıqları müraciətlərin sayının azalmasına səbəb olacaq. Deputatlar hesab edirlər ki, vətəndaşların müraciətlərinə baxılma müddəti 15 təqvim günü yox, 15 günü kimi qeyd olunarsa və müraciətlərə baxılması vaxtı gecikdirilərsə, cəzaların sərtləşdirilməsi daha məqsədəuyğun olar. Çıxşlardan sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edildi. Bununla da parlamentin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2015.- 7 mart.- S.2.