Batumidə Azərbaycanın Türkiyə
və Gürcüstan ilə
iqtisadi əlaqələrinin
inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye naziri
Şahin Mustafayev Batumidə keçirilən
Gürcüstan-Türkiyə-Azərbaycan dördüncü
biznes forumu çərçivəsində
Gürcüstanın və Türkiyənin iqtisadiyyat nazirləri
ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, Şahin Mustafayevin gürcüstanlı həmkarı
Georgi Kvirikaşvili ilə görüşündə ölkələrimiz
arasında iqtisadi-ticarət əlaqələri, nəqliyyat,
energetika, turizm, İKT, kənd təsərrüfatı,
investisiya sahələrində əməkdaşlıq, Azərbaycanda
yaradılan sənaye parklarında Gürcüstan şirkətlərinin
iştirakı və digər məsələlərə dair
müzakirələr aparılıb.
Azərbaycanın
iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci arasında
keçirilən görüşdə ölkələrimiz
arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi
perspektivləri müzakirə edilib, Azərbaycan,
Gürcüstan və Türkiyənin iştirakı ilə
keçirilən üçtərəfli formatda biznes
forumların və görüşlərin strateji əməkdaşlığın,
mehriban qonşuluq və qardaşlığın göstəricisi
olduğu vurğulanıb. Görüşdə aqroparkların
yaradılması sahəsində əməkdaşlıq,
ixracın təşviqi mexanizmləri və sənaye məhəllələrinin
yaradılması istiqamətində Türkiyə təcrübəsinin
öyrənilməsi, Azərbaycanda yaradılmaqda olan sənaye
parklarına türkiyəli investorların cəlb edilməsi,
üçüncü ölkələrdə birgə müəssisələrin
yaradılması imkanları, iki ölkə arasında və
regional miqyasda ikitərəfli və tranzit
yükdaşımalarının genişləndirilməsi,
tekstil, turizm, maliyyə və digər sahələrdə əməkdaşlığın
inkişafı məsələləri müzakirə edilib.
Sonra
isə Gürcüstanın Baş nazirinin müavini,
iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili
və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci arasında
görüş keçirilib.
Görüşdə
Gürcüstan-Türkiyə iqtisadi əlaqələri və
əməkdaşlığın genişləndirilməsi
perspektivləri müzakirə olunub.
Azərbaycan.-2015.- 7 mart.- S.6.