Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 56                                      Bakı şəhəri, 5 mart 2015-ci il

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhərində Abşeron yarımadasının digər ərazilərində aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız elektron variantda təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə tikinti işlərinin aparılmasına icazə verən yerli icra hakimiyyəti orqanları torpaq sürüşməsinə qarşı mövcud tikinti norma qaydalarına uyğun mühəndisi tədbirlər nəzərdə tutulmaqla hazırlanmış layihələrin Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin 75.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını təmin etsinlər.

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə bu qərarın 2-ci hissəsi ilə müəyyən edilən tələblərə cavab verən layihələr  istisna olmaqla, aparılan tikinti işlərinin tikintiyə icazələrin verilməsinin  dayandırılmasını təmin etsinlər bu tapşırığın icrası ilə əlaqədar ildə 2 dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinə tapşırılsın ki, bu qərarın 2-ci hissəsində göstərilən tikinti norma qaydalarının təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə yeni normativ sənəd hazırlayıb Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi digər əlaqədar təşkilatlarla razılaşdırmaqla qəbul edilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinə yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, hazırlanan mövcud ərazi planlaşdırılması sənədlərində bu qərarın 1-ci hissəsində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərin bu qərarın 2-ci hissəsi ilə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, tikinti aparılması məhdudlaşdırılan ərazilər kimi müəyyən  edilməsini aidiyyəti üzrə təmin etsinlər.

6. Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, 2015-ci ilin sonunadək Abşeron yarımadasında Azərbaycan Respublikasının digər ərazilərində  aparılan tədqiqatları davam etdirərək, torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlayıb təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 8 mart.- S.1.