Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmişNarkotik vasitələrin və   psixotrop  maddələrin  tibbi  məqsədlərlə  istifadə  edilməsi qaydası  və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar  olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 53                                                              Bakı şəhəri, 26 fevral 2015-ci il

 

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1101-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 901 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹2, maddə 187; 2008, ¹ 2, maddələr 123, 130) ilə təsdiq edilmişNarkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın II bölməsinin 2.1-ci bəndində, 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində “edilə bilər” sözləri “edilirsözü ilə, 4.2-ci bəndində isə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2015.- 8 mart.- S.1.