Qeyri-neft sənaye sektoru əsasən regionlarda inkişaf edir
Məlumdur ki, Azərbaycan
iqtisadiyyatının dinamik
və hərtərəfli
inkişafının təmin
edilməsi üçün
son 10 ildə ciddi islahatlar keçirilib, ölkənin neft ixracından asılılığını
azaltmaq, əsas ağırlığı qeyri-neft
sektoruna vermək üçün mühüm
işlər görülüb.
Nəticədə son illər qeyri-neft
sektorunda istehsal nəzərəçarpacaq dərəcədə
artıb. Bununla belə,
qeyri-neft sektoruna dövlət səviyyəsində
diqqət, qayğı
və dəstək azalmır.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin
2014-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında bir daha qeyri-neft sektorunun əhəmiyyətini
qeyd edərək demişdir: “Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində görülən
işlərin bariz nümunəsidir, aparılan
siyasətimizin təzahürüdür.
Qeyri-neft
sektoru gələcəkdə
Azərbaycanın iqtisadi
inkişafını daha
da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun
inkişafı bizə
imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli
şəkildə inkişaf
etsin və iqtisadiyyatımızın dayanıqlı
inkişafını təmin
etsin”.
Qeyri-neft sektorunun inkişafında sənayenin rolu danılmazdır. Təkcə son illər sənayenin
qeyri-neft bölməsi
üzrə 124 layihənin
maliyyələşdirilməsinə 380 milyon manat güzəştli
kredit verilib. Bunun nəticəsində bir sıra sənaye məhsulları üzrə
idxaldan asılılıq
azalıb, bəziləri
üzrə isə ixrac potensialı yaranıb. Yalnız ötən il
230-dan çox sənaye
müəssisəsi açılıb,
mövcud sənaye müəssisələrinin istehsal
gücləri artıb,
5 elektrik stansiyası istifadəyə verilib. Bu gün tikinti
materiallarından sement,
gips, hörgü blokları, metal konstruksiya,
boya və s.-nin istehsalı daxili tələbatı ödəməyə imkan
verir.
Cari ilin ilk ayı da sənaye
sektoru üçün
uğurlu olub. Belə
ki, yanvar ayında sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin
həcmi 1,4 faiz artaraq
1 milyard 780,2 milyon
manat təşkil edib. Bu sektorun özəl bölməsində
istehsalın həcmi ümumi sənaye məhsulunun 71,5 faizini təşkil edib. Qeyri-neft sənaye məhsullarının
ən çox artımı içki, kimya
sənayesi məhsulları,
rezin və plastmas, hazır metal məmulatları, tikinti materialları, mebel, elektrik avadanlıqları,
avtomobil və qoşqu istehsalında müşahidə edilib.
Yeri gəlmişkən qeyd edək ki, keçən
il ölkənin sənaye sahələrində
çalışan muzdlu
işçilərin sayı
2013-cü illə müqayisədə
0,3 faiz artaraq
183,7 min nəfər olub.
Onların orta aylıq əməkhaqqı
9,7 faiz artaraq
711,5, qeyri-dövlət sənaye
müəssisələrində işçilərin orta aylıq əməkhaqqı
14,7 faiz artaraq 863,9 manata çatıb.
Qeyri-neft sektorunun bölgələrdə
inkişafını təmin
etmək üçün
çox işlər görülüb. Təsadüfi deyil ki, dövlət başçısı
sənaye infrastrukturunun
məhz bölgələrdə
yaradılmasına xüsusi
önəm verir.
Prezident İlham Əliyevin “Mingəçevir
Yüksək Texnologiyalar
Parkının yaradılması
haqqında” fərmanı,
“Mingəçevir Sənaye
Parkının yaradılması
haqqında” və “Mingəçevir Sənaye
Parkının fəaliyyətinin
təmin edilməsi ilə bağlı tədbirlər haqqında”
sərəncamları da
bundan irəli gəlir. Mingəçevir şəhərində yeni yaradılacaq müəssisələr təkcə
şəhərin deyil,
eləcə də ölkənin iqtisadi inkişafına yeni güc qatacaq. Bu sənədlər eyni zamanda şəhər
əhalisinin işlə
təmin olunmasında
və onların sosial rifahının yaxşılaşmasında mühüm
rol oynayacaq. Bunlardan əlavə, Prezident İlham Əliyev 2 fevral 2015-ci ildə “Neftçala Sənaye Məhəlləsinin
yaradılması haqqında”
sərəncam imzalamışdır
ki, bu da
qeyri-neft sənaye sektorunun bundan sonra da əsasən regionlarda inkişaf etdiriləcəyindən
xəbər verir.
Rüstəm KAMAL,
Azərbaycan.-2015.-
8 mart.- S.1.