Elmə doğru can atmasan, uğur qazana bilməzsən

 

Hər hansı bir ölkədə təhsilin inkişaf etdirilməsi əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq ömür boyu sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.

Təhsil prosesində əldə olunan bilik bacarıqlar, həmçinin etik-əxlaqi norma dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır. Bu baxımdan Azərbaycanda da təhsilin inkişaf etdirilməsinə, yüksək təhsil səviyyəsinə malik peşəkar kadrların hazırlanmasına xüsusi önəm verilir. Hər il onlarla tələbə xarici  universitetlərə göndərilir, inkişaf etmiş ölkələrlə tələbə mübadiləsi həyata keçirilir.

Ölkə rəhbərliyinin təhsilə olan diqqəti nəticəsində Azərbaycan Respublikası bu sahədə  beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi təmin edilib bu hələ uğurla davam etdirilməkdədir.

Təhsil sektorunda beynəlxalq əməkdaşlıq layihələrindən biri 2010-ci ildə Azərbaycan Universiteti ilə İsveç Krallığının Lund Universiteti arasında “Linnaeus-Palme” proqramı çərçivəsində imzalanan əməkdaşlıq memorandumudur. Bu əməkdaşlıq sayəsində müəllim tələbələrin təcrübə mübadiləsi, beynəlxalq təhsil layihələrində müştərək iştirak Lund Universitetində ixtisasartırma kursları keçmək mümkündür. Eyni zamanda, iki universitetin tələbələrinin qarşılıqlı araşdırmalar aparması da planlaşdırılır. Bu beynəlxalq layihə sosial ixtisası üzrə kadr hazırlığına aiddir. Doqquz illik layihə çərçivəsində Azərbaycan Universitetinin tələbələri tam pulsuz, mübadilə şəkilində İsveçdə təhsil ala bilirlər.

Bu tədris ilinin başlanğıcında mən sözügedən layihə üzrəSosial proqramıkoordinatorluğu tərəfindən keçirilmiş imtahan müsahibələrdə yüksək nəticələr göstərərək İsveç Krallığının Lund Universitetində iki semestr təhsil almaq hüququnu qazandım. Nəticə etibarilə Azərbaycan Universitetində dörd illik bakalavr təhsilimin dördüncü ilini İsveç Krallığında davam etdirəcəyəm. Çalışıram ki, dərslərimə çox ciddi hazırlaşım, həm dövlətimizin, həm Lund Universitetinin mənə göstərdiyi etimadı doğruldum. Burada elmə, biliyə həvəs göstərməsən, ona doğru can atmasan, uğur qazana bilməzsən. Düşünürəm ki, sosial ixtisası bizim cəmiyyətimiz üçün vacib peşələrdən biridir. Peşəkar sosial işçi olmaq, bu sahədə ciddi uğurlara imza atmaq böyük arzumdur. Bu sahə üzrə Azərbaycanda ixtisasçı kadra qədər ehtiyac olduğunu da bilirəm.

İsveçin Lund  Universitetində təhsil almağa gedən yol bir necə mərhələdən keçdi. Öncə sosial ixtisasında təhsil alan tələbələr üçün təşkil olunmuş intensiv ingilis dili kurslarında, daha sonra isə imtahan müsabiqədə iştirak etdim. Kursda bizə zəruri biliklər, ingilis dili qrammatikasının əsasları, ünsiyyət bacarıqları s. tədris olundu. İndi isə Lund Universitetində ixtisasım üzrə biliklərimi genişləndirmək, böyük təcrübə əldə etmək üçün var gücümlə çalışıram. Burada İsveç dilini öyrənirəm.

Ən dərin təşəkkürümü Azərbaycan təhsilinə böyük qayğı diqqət göstərən hörmətli Prezident İlham Əliyevə bildirirəm. Məhz dövlət başçısı sayəsində bu gün ölkəmizdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət ProqramıAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasıkimi mühüm layihələrə start verilib. Bu layihələr çərçivəsində dövlət tərəfindən qarşıya qoyulan hədəflərin reallaşmasına məqsədə çatmasına dünyanın nüfuzlu ali məktəblərinin məzunu olmuş gənclərimiz öz töhfələrini verməkdədirlər.

 

Fəridə DADAŞOVA,

İsveçin Lund Universitetinin tələbəsi

Azərbaycan.-2015.- 8 mart.- S.5.