Dağlar gözəli Qax
Avtomobil magistralından Qax yoluna burulanda mənzərə tamam dəyişir. Dəmiryol xəttini keçəndən sonra isə elə bil başqa bir aləmə daxil olursan - baş-başa verən hündür ağaclar adamda xoş duyğular oyadır, istər-istəməz maşının sürətini azaldırsan ki, ətrafın əsrarəngizliyinə baxmağa imkan tapasan. Bu “tunel”dəki yol da rahatdır, qışdan çıxanda əmələ gələn “narahatlıqlar” yol işçiləri tərəfindən vaxtında aradan qaldırılır.
Söz düşmüşkən qeyd edək ki, Qaxda yol infrastrukturunun yenilənməsi istiqamətində xeyli iş görülüb. Ölkə Prezidenti İlham Əliyevin 2 aprel 2014-cü il tarixli sərəncamına əsasən 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 3,8 milyon manat .vəsait ayrılıb. Artıq yolun 9 km hissəsinə asfalt-beton örtük salınıb, həmin yolun üzərində aşırımının uzunluğu 33 p/m olan körpünün tikintisi başa çatdırılıb. Digər bir sərəncama əsasən ayrılmış 2 milyon manat vəsait hesabına Qax şəhərinin mərkəzi yollarının bərpa-abadlıq işləri görülüb, prospekt və küçələrə asfalt salınması başa çatdırılıb.
Avtomobil yollarının tikinti və təmiri ilə bağlı rayon ərazisində görülən işlər bu gün də davam etdirilir. Bütün bunlar isə əhalinin böyük razılığına səbəb olur. Əlbəttə, abad yol, abad küçə, abad şəhər insanın rahatlığını təmin edən, işgüzarlığını artıran amillərdir. Vətəndaş görəndə ki, dövlət onun xoş günü, firavan yaşaması üçün hər cür qayğı göstərir, o da, öz növbəsində, daha məsuliyyətlə öz işinin öhdəsindən gəlməyə çalışır. Nəticədə isə ümumi mənafe naminə fəaliyyət uzlaşdırılır.
Rayon icra hakimiyyətindən aldığımız məlumat da diqqətimizi çəkdi. Ötən il 138 fərdi yaşayış evi və 23 sahibkarlıq obyekti tikilib. Bunların isə ümumi smeta dəyəri 3 milyon 950 min manata yaxın olub.
Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun kəndlərində ümumi uzunluğu 61,8 km olan yol təmir edilib, 9 bulaq tikilib. 9 çən quraşdırılıb, 15,1 km içməli su xətti təmir olunub, xeyli abadlıq işləri görülüb.
Qax sel sularına həssas rayondur. Bu baxımdan müntəzəm mühafizə
tədbirləri həyata
keçirilir, sahilbərkitmə
işləri görülür,
dəmir-beton və daş-beton bəndlər salınır. Qax şəhərinin
yeni yaşayış
massivinin sel sularından mühafizəsi
məqsədilə Qobala
çayında 500 metr
uzunluğunda dəmir-beton
kanal tikilib.
Ümumilikdə rayonda tikinti-yenidənqurma
işləri öz axarı ilə davam edir. İnzibati və
yaşayış binalarının,
xidmət obyektlərinin
tikintisi başa çatandan sonra ümumi mənzərə
daha da zənginləşəcək.
Regionların sosial-iqtisadi inkişafına
dair III Dövlət Proqramında Qax rayonu ilə bağlı nəzərdə
tutulmuş 22 bənddən
ibarət tədbirlərin
icrası istiqamətində
ötən il
xeyli iş görülüb. Bu baxımdan
Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri
üçün yeni yaşayış binasının,
həkim məntəqəsinin,
sahə baytarlıq məntəqələrinin tikintisi,
məktəblərdə, səhiyyə
ocaqlarında, kitabxana
və klublarda əsaslı təmir işlərini, yeni körpülərin salınmasını,
artezian quyuların qazılmasını və
digər işləri
qeyd etmək olar. Dövlət proqramının icrasının
ilk ili ərzində
rayonda 472 daimi iş yerinin açılması da təqdirəlayiqdir.
Vacib məsələlərdən
biri də sahibkarlığın inkişafına
hərtərəfli diqqət
göstərilməsidir. Əgər 2003-cü ildə rayonda iqtisadiyyatın bütün
sahələri üzrə
kiçik sahibkarlıq
obyektlərinin sayı
130 idisə, bu göstərici 1 yanvar
2015-ci ilədək 1743-ə çatdırılıb. Əlbəttə, bütün bunlar
sahibkarlığın inkişafına
dövlət dəstəyinin
bariz göstəricisidir.
Onu da xatırladaq
ki, ötən il 28 sahibkara Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 499 min manat
güzəştli kredit
verilib. Bu kredit hesabına rayonda 40 yeni iş yeri
açılıb.
Son illər Qaxda
turizm obyektlərinin sayı da artır. 11 turizm obyektinin fəaliyyət göstərməsi
gələn turistlərin
sayının artmasına
da təsir edir. 2013-cü ildə rayona istirahət məqsədilə
20573 turist gəlmişdisə,
2014-cü ildə bu rəqəm 23630-a yüksəlib.
Gələn turistlərin 395-nin xarici olması da inkişafın mühüm göstəricisidir.
Qarşıda həyata keçiriləsi
tədbirlər çoxdur. Dövlətin qayğısı və qaxlıların çalışqanlığı,
yurda bağlılığı
sayəsində hələ
çox işlər görüləcək. Onda bu dağlar gözəlinin qonaq-qarası da, sözü-söhbəti də
daha çox olacaq.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2015.-
8 mart.- S.7.