“YUNESKO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyası ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“YUNESKO üzrə Azərbaycan Respublikasını
n Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 9, maddə 826; 2006, ¹ 9, maddə 743; 2014, ¹ 9, maddə 1027) 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin:
Komissiyanın sədri
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Komissiya sədrinin müavinləri
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mikayıl Cabbarov - Azərbaycan
Respublikasının təhsil
naziri
Əbülfəs Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət
və turizm naziri
Əli Abbasov - Azərbaycan Respublikasının
rabitə və yüksək texnologiyalar naziri
Komissiyanın üzvləri
Kamal Abdullayev - Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin Himayəçilər
Şurasının sədri
Novruz Məmmədov - Azərbaycan
Respublikası Prezidenti
Administrasiyası rəhbərinin
müavini, Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Xarici
əlaqələr şöbəsinin
müdiri
Fatma Abdullazadə - Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Humanitar
siyasət məsələləri
şöbəsinin müdiri
Elmira Süleymanova - Azərbaycan
Respublikasının İnsan
Hüquqları üzrə
Müvəkkili (Ombudsman)
Hüseynqulu Bağırov - Azərbaycan
Respublikasının ekologiya
və təbii sərvətlər naziri
Azad Rəhimov -
Azərbaycan Respublikasının
gənclər və idman naziri
Hicran Hüseynova - Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Aslan Aslanov - Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) baş
direktoru
Urxan Ələkbərov - Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
rektoru
Samir Nuriyev - Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
rəisi
Zərifə Salahova - Azərbaycan
Kitab Cəmiyyətinin
sədri”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2015-ci il
Azərbaycan.-2015.- 11 mart.- S.1.