Heydər Əliyev Fondunun
prezidenti Mehriban
Əliyevanın Rusiya
Prezidentinin köməkçisi,
Olimpiya Komitəsinin
vitse-prezidenti ilə
görüşü olub
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
“Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban Əliyevanın martın 9-da Rusiya Federasiyası
Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya
Komitəsinin vitse-prezidenti İqor Levitin ilə
görüşü olub.
Görüşdə
bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa
Oyunlarına hazırlıq məsələləri müzakirə
edilib. Qonaq Azərbaycanın belə bir möhtəşəm
tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə
əminliyini bildirib. Rusiya idmançılarının birinci
Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını qeyd edən
İqor Levitin ölkəsinin bu tədbirdə 300-ə
yaxın idmançı ilə təmsil olunacağını
deyib.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci Avropa
Oyunlarına hazırlıq istiqamətində qısa müddət
ərzində böyük işlər
görüldüyünü, paytaxtımızın belə
möhtəşəm idman bayramına ev sahibliyi etməsindən
məmnunluğunu bildirib.
Son
illər Azərbaycanda idmanın inkişafı sahəsində
görülən işlərdən,
idmançılarımızın Avropa və dünya
çempionatlarında qazandıqları nailiyyətlərdən
söz açan Mehriban Əliyeva qarşıdakı birinci
Avropa Oyunlarında iştirak edəcək hər bir kəsə
uğurlar arzulayıb. Bu ərəfədə Avropanın bir
sıra şəhərlərində “Bakı-2015”in təqdimatlarının
keçirildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti
hamının Bakıda təşkil olunacaq yarışlardan
böyük zövq alacağına əminliyini ifadə edib.
Azərbaycan.-2015.- 11 mart.- S.2.