Rusiya Prezidenti Azərbaycan dövlət xadimlərinin

 təltif edilməsi haqqında fərman imzalayıb

 

Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif ediliblər.

RF Prezidentinin fərmanında qeyd edilir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə verdikləri böyük töhfəyə görə “Dostluq” ordeni ilə təltif olunublar.

 

 

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2015.- 11 mart.- S.2.