Şamil Seyfulla oğlu Fətullayev

 

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli memarlıq tarixçisi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, memarlıq doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın əməkdar memarı Şamil Seyfulla oğlu Fətullayev 2015-ci il martın 10-da ömrünün 87-ci ilində vəfat etmişdir.

Şamil Fətullayev 1928-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində ali təhsil almış, 1956–1959-cu illərdə isə Azərbaycan Elmlər Akademiyasının Memarlıq İncəsənət İnstitutunda aspiranturada oxumuşdur.

Əmək fəaliyyətinə 1954-cü ildə Bakı Dövlət Layihə İnstitutunda başlayan Şamil Fətullayev 1956-cı ildən etibarən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlamış, burada aspirantura təhsilini başa vurduqdan sonra 1988-ci ilədək Memarlıq İncəsənət İnstitutunda kiçik elmi işçi, baş elmi işçi laboratoriya müdiri, 1988–1993-cü illərdə isə direktor vəzifələrində çalışmışdır. O, 1993-cü ildən ömrünün sonunadək həmin İnstitutda memarlıq, şəhərsalma tarixi nəzəriyyəsi şöbəsinin müdiri olmuşdur.

Şamil Fətullayev 1963-cü ildə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır. O, 1989-cu ildə memarlıq ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Şamil Fətullayev Azərbaycanda memarlıq tarixi nəzəriyyəsi, eləcə milli memarlıq abidələrinin bərpası sahəsində mühüm xidmətlər göstərmiş görkəmli elm xadimlərindəndir. Yarım əsrdən artıq bir müddəti əhatə edən elmi fəaliyyəti ərzində o, Azərbaycan memarlıq tarixinin müxtəlif mərhələlərini araşdıraraq milli memarlığın ayrı-ayrı dövrləri ilə bağlı sanballı əsərlər meydana gətirmişdir. Alimin diqqət mərkəzində XIX əsrin sonu – XX əsrin əvvəllərində memarlıq-planlaşdırma quruluşunda ciddi dəyişikliklərin əmələ gəldiyi Azərbaycan şəhərlərinin tədqiqi dayanmış, Bakı şəhərinin memarlıq tarixi isə bir neçə kitabının başlıca mövzusunu təşkil etmişdir. Azərbaycan memarlığı şəhərsalma tarixinin araşdırılması istiqamətində əldə etdiyi nailiyyətləri ilə alim dövlət qoruğu kimi təsdiq olunmuş neçə-neçə memarlıq abidəsinin aşkara çıxarılmasında əhəmiyyətli rol oynamışdır.

Şamil Fətullayev əsas memarlıq üslubları milli memarlıq ənənələrinə aid 100-dən artıq araşdırmanın 9 monoqrafiyanın müəllifidir. AliminBakının memarlıq ensiklopediyası bir sıra digər fundamental əsərləri xarici dillərə tərcümə edilərək nüfuzlu elm nəşriyyatlarında işıq üzü görmüş elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Mötəbər beynəlxalq simpozium konfranslarda memarlıq şəhərsalmanın aktual problemlərinə dair dolğun məruzələri ilə Azərbaycan elmini o, həmişə layiqincə təmsil etmişdir.

Məhsuldar elmi yaradıcılıqla yanaşı, yüksəkixtisaslı kadrların hazırlanması üçün zəngin bilik bacarığını əsirgəməyən Şamil Fətullayevin rəhbərliyi altında memarlıq üzrə çox sayda fəlsəfə doktoru elmlər doktorları yetişdirilmişdir.

Akademik Şamil Fətullayevin çoxillik səmərəli elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir çox mükafatlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olanŞöhrətordeni ilə təltif edilmişdir.

Görkəmli alim, təvazökar səmimi insan Şamil Seyfulla oğlu Fətullayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Akif Əlizadə

Əbülfəs Qarayev

Abbas Ələsgərov

Ömər Eldarov

Rasim Əliyev

Elbay Qasımzadə

Gülçöhrə Məmmədova

Ərtəkin Salamzadə

Nazim Hacıbəyov

 

 

X X X

 

 

Mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il martın 11-də saat 12.00-dan 14.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.

 

 

Azərbaycan.-2015.- 11 mart.- S.3.