Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan Prezidenti
Məmnun Hüseynin təkbətək
görüşü
Pakistan Prezidenti Məmnun Hüseyn
Azərbaycana rəsmi səfəri
Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının
Prezidenti Məmnun Hüseynin təkbətək
görüşü olub.
Görüşdə ölkələrimiz arasında
dostluq, əməkdaşlıq
və strateji tərəfdaşlıq prinsiplərinə
söykənən ikitərəfli
münasibətlərin siyasi,
iqtisadi, humanitar və digər sahələrdə uğurlu
inkişafından məmnunluq
ifadə olundu. Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin möhkəmləndirilməsi
işinə öz töhfəsini verəcəyinə
əminlik bildirildi.
Ölkələrimiz arasında əməkdaşlığın
müxtəlif sahələrdə
genişləndirilməsi üçün
yaxşı potensialın
olduğu qeyd edildi.
Söhbət zamanı ikitərəfli,
regional və beynəlxalq
məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.-2015.- 12 mart.- S.1.