Dövlət
başçılarının geniş tərkibdə
görüşü
Pakistan Prezidenti Məmnun Hüseyn
Azərbaycana rəsmi səfəri
Martın
11-də təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Pakistan İslam
Respublikasının Prezidenti Məmnun Hüseynin geniş tərkibdə
görüşü olub.
Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
- Hörmətli cənab Prezident,
nümayəndə heyətinin üzvləri. Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Əminəm ki, Sizin
səfəriniz ikitərəfli
əlaqələrimizin gücləndirilməsi
baxımından mühüm
əhəmiyyət kəsb
edəcək. Ölkələrimiz arasındakı qardaşlıq
əlaqələri iki
müsəlman ölkəsinin
əməkdaşlığının yaxşı nümunəsidir.
Əminəm ki, səfərinizin
çox yaxşı nəticələri olacaq.
Bu gün ölkələrimiz
arasında əməkdaşlığın
dərinləşməsini təmin edəcək mühüm sənədlər
imzalanacaq. Bizim aramızda çox
yüksək səviyyəli
əməkdaşlıq mövcuddur.
Bu əməkdaşlığın
əsasını xalqlarımız
arasında qardaşlıq
əlaqələri təşkil
edir. Sizin səfəriniz siyasi,
iqtisadi, mədəniyyət,
elm, texnologiya, müdafiə
sənayesi sahələrində
tərəfdaşlığımızın
gücləndirilməsində mühüm addım olacaq. Biz bütün
sahələrdə ölkələrimiz
arasında daha geniş əməkdaşlığın
olmasını istəyirik.
Əlbəttə ki, biz Sizin Azərbaycanın
mövqeyini beynəlxalq
təsisatlarda dəstəkləməyinizi
yüksək qiymətləndiririk. Biz bütün beynəlxalq təsisatlarda Pakistanı dəstəkləyirik. Bu, bizim səmimi əməkdaşlığımızın və əlaqələrimizin
yaxşı nümunəsidir.
Dəvətimi qəbul edib Azərbaycana səfərə
gəldiyinizə görə
Sizə olduqca minnətdaram. Bilirəm ki, Sizi böyük nümayəndə
heyəti müşayiət
edir. Ümidvaram ki, müvafiq
hökumət rəsmilərinin
də bir-biri ilə danışıqlar
aparmağa və birgə gələcək
fəaliyyəti planlaşdırmağa
vaxtı olacaq. Əminəm
ki, yaxşı nəticələr əldə
etmək üçün
səfəriniz nəticəsində
bizi birləşdirən
bütün sahələrdə
konkret planımız olmalıdır və sonra onlar bizim
təlimatlarımızı necə yerinə yetirdikləri barədə
bizə məruzə edəcəklər.
Cənab
Prezident, bir daha xoş gəlmisiniz.
Əminəm ki, Azərbaycanda
özünüzü evinizdəki
kimi hiss edəcəksiniz.
X X X
Pakistan Prezidenti Məmnun
HÜSEYN çıxış edərək dedi:
- Çox sağ
olun, cənab Prezident. Məni qardaş ölkəyə
- Azərbaycana dəvət
etdiyiniz üçün
Sizə bir daha təşəkkür
etmək istəyirəm.
Azərbaycana gəldiyim andan,
elə hava limanından mənə göstərilən səmimi
qəbula görə xüsusi təşəkkürümü
bildirmək istəyirəm.
Bununla belə, bir çox beynəlxalq məsələlərdə bizimlə
apardığınız tərəfdaşlıq,
bizə göstərdiyiniz
dəstəyə görə
təşəkkürümü bildirirəm. Məsələn, Cəmmu və Kəşmir məsələsi
kimi mövzularda bizi daim dəstəkləyirsiniz
və prinsipial mövzulara gəldikdə,
onların əvvəlki
illərdə qəbul
edilmiş BMT qətnamələrinə
uyğun olaraq həll edilməsini hər zaman dəstəkləmisiniz.
Habelə əmin edirik ki, biz Dağlıq Qarabağ məsələsində
Sizi dəstəkləyirik
və bunu gələcəkdə də,
inşallah, davam edəcəyik. Bəzi “qonşular” tərəfindən
Azərbaycan xalqına
qarşı törədilmiş
bir sıra zorakılıqları pisləyirik.
Xocalı qətliamını qətiyyətlə pisləyirik.
Sizi əmin edirəm ki, hər bir
çətin və ya yaxşı məsələnizdə sizinlə
birlikdəyik.
Cənab
Prezident, Sizinlə müzakirə etdiyimiz kimi, ölkələrimizdə
gözəl imkanlar
var. İndi müsəlman
dünyası bilməlidir
ki, bir-birimizə kömək edərək,
bəlli sahələrdə
bir-birimizin təcrübəsindən
istifadə edərək
daha güclü olmalıyıq.
AZƏRTAC
Azərbaycan.-2015.-
12 mart.- S.1.