Azərbaycan və
Pakistan prezidentləri mətbuata bəyanatlarla
çıxış ediblər
Pakistan Prezidenti Məmnun
Hüseynin Azərbaycana rəsmi səfəri
Prezident Məmnun Hüseynin bəyanatı
- Sağ olun, cənab Prezident.
Zati-aliləri, qardaşım İlham Əliyev.
Hörmətli nazirlər, mətbuat nümayəndələri, xanımlar və cənablar.
Qardaşım Prezident İlham Əliyevin dəvəti ilə bu gün burada olmaqdan çox məmnunam. Biz mövcud mükəmməl ikitərəfli münasibətlərimizi müzakirə etdik və onların səviyyəsindən məmnunluğumuzu bildirdik. Səmimi əlaqələrimizin bundan sonra da davam etdirilməsi ilə bağlı tədbirlərə dair razılığa gəldik. Biz, həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra regional və beynəlxalq məsələlərlə bağlı çox faydalı və səmərəli fikir mübadiləsi apardıq.
Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər ortaq tarixə əsaslanır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu münasibətlər ortaq tarixə, dinə, mədəniyyətə, ənənələrə söykənir. Bizim xalqlarımız bir-birinə dərin rəğbət və etibar bəsləyir. Eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərdə birgə baxışlarımız var. Biz regionlarımızın daha təhlükəsiz və əmin-amanlıq şəraitində olmasına töhfəmizi veririk. Biz ikitərəfli münasibətlərimizin bütün sahələrini nəzərdən keçirdik. Biz mükəmməl siyasi əlaqələrimizin iqtisadiyyat, sərmayə, ticarət, kommersiya, təhsil, müdafiə sənayesi, elm, texnologiya və mədəniyyət sahələrində nəzərəçarpacaq dərəcədə əməkdaşlığa çevrilməsinə olan sadiqliyimizi yenidən ifadə etdik. Biz ikitərəfli qarşılıqlı ticarət və sərmayə əməkdaşlığına təkan verilməsi ilə bağlı razılığa gəldik.
Cənab Prezident, Sizin atanız və Azərbaycan xalqının ulu öndəri, mərhum Prezident Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfə və ölkələrimiz arasında əlaqələrin təşviqi baxımından baxışları Pakistan xalqını dərindən valeh etmişdi. Qardaşım Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin siyasəti dahi atasının baxışlarının həyata keçirilməsinin bariz nümunəsidir. Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Son 10 ildə Azərbaycanın əldə etdiyi misli görünməmiş tərəqqi dünyada inkişafda olan bir çox ölkələr üçün nümunə ola bilər. Biz Pakistanda Azərbaycanın inkişaf və tərəqqisini öz inkişafımız və tərəqqimiz kimi qəbul edirik.
Xanımlar
və cənablar, bu gün imzalanmış birgə bəyannamə
və digər sənədlər müxtəlif sahələrdə
ikitərəfli əməkdaşlığımızı
gücləndirəcək. Mən Dağlıq
Qarabağdakı hazırkı vəziyyət və
münaqişənin nizamlanması istiqamətində Azərbaycanın
səyləri ilə bağlı məlumat aldım. Biz bu məsələnin
beynəlxalq hüquq çərçivəsində
sülh yolu ilə
tezliklə həll edilməsini dəstəkləyirik. Biz, həmçinin Pakistan-Hindistan
münasibətlərinə dair fikir mübadiləsi apardıq. Mən
Hindistan ilə mehriban
qonşuluq münasibətlərinin
yaradılmasında səylərimizi və bütün
mübahisələrin, o cümlədən
mühüm əhəmiyyət kəsb edən
Cəmmu və Kəşmir məsələsinin sülh şəraitində həll edilməsinə
sadiqliyimizi vurğuladım. Biz bu məsələdə
Azərbaycanın dəstəyinə böyük
dəyər veririk.
Mən, həmçinin qardaşım İlham Əliyevlə başladığımız Pakistan-Əfqanıstan əlaqələrinin yeni tarixi mərhələsi və siyasət, təhlükəsizlik, terrorizmlə mübarizə, ticarət və iqtisadiyyat məsələlərində çoxşaxəli dialoqun intensivləşdirilməsi ilə bağlı fikirlərimlə bölüşdüm. Biz BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı beynəlxalq forumlar çərçivəsində Azərbaycanla çox sıx işləyirik. Biz bu qənaətdəyik ki, islahat müfəssəl və konsensusa əsaslanmış olmalıdır. BMT-yə üzvlük yalnız dar milli maraqlarla məhdudlaşmamalıdır.
Xanımlar və cənablar, Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər gündən-günə güclənməkdə davam edəcək. Bizim ikitərəfli əməkdaşlığımızın inkişafı ilə bağlı birgə səylərimiz, beynəlxalq və regional səviyyədə sülh və inkişafa töhfəmiz gələcək illərdə daha da dinamik olacaq.
Mən qardaş Azərbaycanın
inkişafı üçün dua edirəm. Yaşasın, Pakistan-Azərbaycan
dostluğu. Yaşasın Pakistan-Azərbaycan
qardaşlığı. Sağ olun.
Azərbaycan.-2015.- 12 mart.- S.2.