H.A.Mirzəyevə “Əməkdar hüquqşünas” fəxri adının
verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hikmət Abbas oğlu Mirzəyevə “Əməkdar hüquqşünas” fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 mart 2015-ci il
Azərbaycan.-2015.- 12 mart.- S.3.