Fərdi jurnalist
yazıları müsabiqəsinin qalibləri
mükafatlandırılıb
Martın
11-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə
elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin
qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə ölkənin
aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri,
yazıları qiymətləndirmiş ekspertlər və
müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Fondun
icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini
qarşıdan gələn Novruz bayramı münasibətilə
təbrik edib, onlara yeni-yeni yaradıcılıq
uğurları arzulayıb.
Bildirilib
ki, müsabiqəyə 54 kütləvi informasiya vasitəsindən
120 yazı təqdim edilib. Bu yazılar ekspertlər tərəfindən
qiymətləndirilib və Fondun Müşahidə
Şurasının qərarı ilə 84 jurnalist qalib elan
olunub.
Tədbirdə
Fondun ekspertləri - “525-ci qəzet”in baş redaktoru Rəşad
Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Müşfiq Ələsgərli müsabiqələrə təqdim
edilmiş yazılar barədə fikir və rəylərini
bildiriblər. Ekspertlər jurnalistlərə Fondun təşkil
etdiyi müsabiqələrə daha yaradıcı
yanaşmağı, tədqiqat və araşdırmalara
geniş yer ayırmağı, fərdi və orijinal yazı
üslubuna üstünlük verməyi tövsiyə ediblər.
Sonra qaliblərə
mükafatlar təqdim
edilib.
Azərbaycan.-2015.-
12 mart.- S.5.