“Bakı-2015” Avropa Oyunları Əməliyyat

Komitəsi AzTV ilə saziş imzalayıb

 

Martın 11-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım sazişi imzalanıb.

Sazişə əsasən “Bakı-2015” yarışları 17 gün boyunca həm AzTV, həm də AzTV Sport (İdman Azərbaycan) kanallarında nümayiş olunacaq. O cümlədən, mümkün qədər çox canlı yarışlar, möhtəşəm açılış və bağlanış mərasimləri və ölkə boyunca məşəlin ötürülməsi turu nümayiş etdiriləcək.

Tədbirdə çıxış edən gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov ilk Avropa Oyunlarının Azərbaycanın tarixində mühüm məqam olacağını söyləyib. AzTV-nin Azərbaycan xalqı üçün milli televiziya və radio kanalı olduğunu qeyd edən nazir bildirib ki, bütün ölkəmizin bu tədbirin keçirilməsini və idmançılarımızı dəstəkləyəcəyi çox sevindirici məqamdır.

 

Azərbaycan.-2015.- 12 mart.- S.8.