BP kəmərboyu bölgələrdə aqrar sahəyə dəstək verir

 

100-dən çox ölkədə çalışan BP şirkətinin bir ənənəsi də var. Çalışdığı ölkələrdə neft-qazixrac layihələrində iştirak etməklə, bir çox hallarda isə onların əməliyyatçısı olmaqla yanaşı, iqtisadiyyatın və sosial həyatın digər sahələrinin davamlı inkişafına dəstək verir. Azərbaycanda da belədir. Ölkəmizdə 20 ildən çoxdur ki, bu şirkəti hamı yaxşı tanıyır. Respublikamızda həyatın elə bir sahəsi yoxdur ki, BP ona dəstək verməsin.

“Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarının işlənməsi, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru Kəməri kimi qlobal layihələrin əməliyyatçısı olan BP-nin köməyi ilə Azərbaycanın müxtəlif bölgələrində genişmiqyaslı sosial proqramlar yerinə yetirilib. Şirkət təhsilə, idmana, mədəniyyətə dəstək verib. Bir çox irihəcmli kitabların nəşrini, idman yarışlarının və mədəni-kütləvi tədbirlərin keçirilməsini təşkil edib. BP qaçqın və məcburi köçkünlərlə, uşaqlar və gənclərlə də dostluq edir. Onu həmçinin Azərbaycanın kənd əməkçiləri özlərinin yaxın köməkçisi kimi sevirlər.

BP uzun illərdir ölkənin rayonlarında aqrar sahənin inkişafına dəstək verir. Onun sosial layihələri əsasən neft-qaz xətlərinin keçdiyi kəmərboyu rayonları, çalışdığı obyektlərin ətrafındakı əraziləri əhatə etsə də, bir sıra digər bölgələrdə də gördüyü işlər var. BP bu layihələri əsasən “Davamlı İnkişaf Təşəbbüsləri” adlandırır. Bu o deməkdir ki, layihələr davamlı olur, insanlar özləri onları inkişaf etdirir və gəlir əldə edirlər. Ona görə də keçən illərdə reallaşdırılan layihələrin bəhrəsi indiözünü göstərir.

Şirkət hələ 2002-ci ildə kənd rayonlarında pendir istehsalı müəssisələrinin yaradılmasına dəstək verdi. Sosial İnvestisiya Proqramı çərçivəsində Quba və İsmayıllı rayonlarında 4 kiçikhəcmli pendir istehsalı müəssisəsinin yaradılması uğurla tamamlandı.

Qurğuların tikintisi və operatorların təlimi BP şirkətinin, ABŞ-da yerləşən “Land O'Lakes” təşkilatının, USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) və benefisiarların özlərinin maliyyə və əmtəə, eləcə də xidmətlər şəklində təmin edilmiş töhfələri vasitəsilə həyata keçirildi.

2004-cü ilin mayında BP Xırdalan şəhərində məcburi köçkünlərə dəstək layihəsinə start verdi. Abşeron rayonunun ərazisində üç istixananın və tikiş sexinin tikilib istifadəyə verilməsini nəzərdə tutan layihə məcburi köçkünlər üçün sabit qazanc imkanlarının yaradılması ilə onların sosial şəraitlərinın yaxşılaşdırılması məqsədini daşıyırdı.

Layihənin həyata keçirilməsi üçün 72 min 400 dollar vəsait tələb olunurduonu BP maliyyələşdirdi. Layihə çərçivəsində Qubadlı və Cəbrayıl rayonlarından olan 174 məcburi köçkün işlə təmin edildi.

Məlum olduğu kimi, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri və “Şahdəniz” qazını daşıyan Cənubi Qafqaz Boru Kəməri Azərbaycanın 13 rayonunun ərazisindən keçir. Bunlar Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, TovuzAğstafa rayonlarıdır. Bu bölgələrin kənd sakinləri BP-ninonun tərəfdaşlarının dəstəyini çox görüblər. Çünki bu şirkətlər bir çox işlərin reallaşmasında onlara yaxından kömək edib. Layihələrdən bir neçəsinin adını çəkmək kifayətdir. Neft şirkətləri kənd əməkçilərinə artezian quyularının qazılmasında, suvarma sisteminin yaxşılaşdırılmasında, yem sexlərinin tikilməsində və başqa işlərdə kömək göstərib. Onların köməyindən Ucar rayonunun Qaradağlı kəndinin sakinləri də bəhrələniblər. Məsələn, 2009-cu ilin noyabr ayından başlayaraq burada birillik layihə həyata keçirilib. Layihəni Gəncə Aqro-Biznes Assosiasiyası (GABA) icra edib.

Xatırladaq ki, GABA və BP Gəncəətrafı bölgələrdə bir çox aqraryönümlü sosial proqramlarda sıx əməkdaşlıq edirlər. Qaradağlıdakı sözügedən layihənin məqsədi icmanın kənd təsərrüfatı ilə məşğul olan fərdləri üçün davamlı gəlir yaratma alətlərinin təmin edilməsi idi. Layihənin bir hissəsi kimi 140 fermer üçün torpağın gücləndirilməsi, heyvandarlığın inkişafı, taxıl yetişdirilməsi və biznes idarəçiliyi sahələrində təlimlər təşkil olundu. 150 fermerə 4800 kiloqramdan artıq yem və tərəvəz toxumu verildi, yeni yem emalı qurğusu tikildi. 2010-cu ilin dekabr ayında başa çatan layihədən təxminən 1785 nəfər fermer mənfəət götürdü. Layihənin büdcəsi 119 min 570 dollar təşkil edirdi.

BP və tərəfdaşları GABA-nın köməyilə Tovuzun Xatınlı kəndində də bir çox yeniliklər həyata keçirmişlər. Məsələn, layihələrin birinə taxıl və bitki toxumları ilə təminat, yeni anbar qurğularının tikilməsi və yeni texnologiyaların təqdim edilməsi daxil idi. Nəticədə 48 fermer toxumlarla təmin olundu. Hər bir fermerə 0,5 hektar sahənin əkilməsi üçün müəyyən həcmdə arpa toxumu verildi. Fermerlərə eləcə də toxum növlərinin xarakteristikası və kultivasiya texnologiyaları barədə məlumatların əks olunduğu kitablar təqdim edildi.

Xatınlıda reallaşan layihələr sayəsində indi burada meyvə və tərəvəzin, digər kənd təsərrüfatı məhsullarının saxlanılması üçün anbar-soyuducu var. Orada həmçinin dəyirman tikilib. Bütün bunlar kənd təsərrüfatı sektorunun gücləndirilməsi sahəsində Xatınlı icmasına yeni imkanlar yaradıb.

Goranboy rayonunun icmalarında istixana təsərrüfatlarının inkişaf etdirilməsi layihəsi də GABA ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib. Layihə 2010-cu ildə Goranboy rayonunun Əzizbəyov, Yolpaq, Nadirkənd, Cinli Boluslu kəndlərində istixana təsərrüfatlarının yaradılması ilə başlanmışdı. 12 istixana inşa edildi və 332 icma üzvü üçün 24 təlim sessiyası təşkil olundu. Layihədən təkcə 2010-cu ildə 452 icma üzvü faydalandı. 171 min 255 dollar həcmində büdcəsi olan layihə çərçivəsində il ərzində 127 min 693 dollar sərf edildi. Bu layihə üzərində 2010-cu ilin iyun ayında başlamışdı və 2011-ci ilin noyabr ayında başa çatdı.

“Gəlir yaradılması və potensialın gücləndirilməsi proqramı” GABA tərəfindən BP şirkətinin və onun tərəfdaşlarının maliyyə dəstəyi sayəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə birlikdə həyata keçirilən ikiillik layihə idi. Onun büdcəsi 787 min 629 dollar təşkil edirdi. İcma üzvləri üçün davamlı gəlir və potensialın artırılması imkanlarının yaradılması məqsədi daşıyan bu layihənin əsas hədəfi kənd təsərrüfatı sektorudur. Layihə çərçivəsində 132 istixananın, icma üçün çörək zavodunun və 96 arısaxlama təknəsinin tikilməsi nəzərdə tutulmuşdu. Bu qurğuların və biznesin idarə olunması üçün təlimlər də təmin edildi. Təkcə 2012-ci ildə 24 istixana tikildi və iştirakçılara 68 arı ailəsi paylandı. Əlavə olaraq, 124 fermer toxumların hazırlanması, tərəvəzin becərilməsi, bitkilərin qorunması, göyərti yetişdirilməsi və arıların saxlanılması üzrə təşkil olunmuş 124 seminarda iştirak etdi.

BP və tərəfdaşları kəmərboyu bölgələrin süd məhsulları istehsalçılarına da dəstək göstərirlər. Layihələrdən biri kiçikorta səviyyəli fermerlər vasitəsilə süd məhsullarının istehsalının artırılması və regional südtoplama məntəqələrinin Azərbaycanın kommersiya süd məhsulları istehsalçıları ilə əlaqələrinin gücləndirilməsi məqsədini daşıyır. Layihənin əsas maliyyələşdiricisi BP və onun tərəfdaşları ilə birlikdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi idi. Layihə “Ümid” təşkilatı tərəfindən həyata keçirilib və 2012-ci ilin iyul ayında başa çatıb.

2011-ci ildə Yevlax, SamuxGoranboy rayonlarının kəndlərində üç südtoplama məntəqəsi yaradıldı. 125 nəfəri qadın olmaqla təxminən 460 nəfər kənd əməkçisi südün saxlanılması və heyvandarlıqla bağlı 29 təlim sessiyasında iştirak etdi. Layihənin büdcəsi 106 min 835 dollar təşkil edir.

Bu, “Davamlı İnkişaf Təşəbbüsləri” sırasında ən uğurlu layihələrdən biridir. Belə ki, davamlı şəkildə fəaliyyət göstərir və nəticələri yaxşı səviyyədədir. Hazırda Yevlax, SamuxGoranboy rayonlarında 3 südtoplama məntəqəsi fəaliyyət göstərir. Kürdəmir rayonunda əlavə olaraq 2 məntəqə də yaradılıb.

Müxtəlif illərdə gerçəkləşən bu layihələr Azərbaycanda aqrar sahənin inkişafına, kənd sakinlərinin güzəranına töhfə verir. Qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatının inkişafında yeni hədəfləri müəyyən edən cari ildə bu, xüsusi əhəmiyyət daşıyır.

Onu da qeyd edək ki, Azərbaycanın neft mövzusunda yazan jurnalistləri BP-nin təşkilatçılığı ilə dəfələrlə kəmərboyu ərazilərdə səfərdə olublarbu layihələrin əksəriyyətinin təqdimatında iştirak ediblər. Həmişə çox səmimi görüşən kənd əməkçiləri və BP nümayəndələri dostluq və əməkdaşlığın davamlı olduğunu bildirir, yeni birgə işlər barədə danışırlar.

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 12 mart.- S.9.