Azərbaycan-Pakistan biznes forumu keçirilib

 

Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri

 

 

Martın 12-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn biznes forumda iştirak ediblər.

Dövlət başçıları forumda çıxış ediblər.

 

 

Prezident İlham Əliyevin çıxışı

 

- Hörmətli cənab Prezident.

Əziz qonaqlar.

Xanımlar cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Dünən bizim ikitərəfli münasibətlərimiz üçün çox məhsuldar gün oldu. İkitərəfli əlaqələrimizin gələcək inkişafı barədə söhbət apardıq. Mən əməkdaşlıq səviyyəsindən olduqca məmnunam. Dünən ölkələrimiz arasında tərəfdaşlıq üçün geniş imkanlar yaradacaq mühüm sənədlər imzalandı. Xüsusən Pakistan ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlığımızın mahiyyətini, bir-birimizə olan hissləri özündə əks etdirir. Biz, sözün əsl mənasında, ən yüksək əməkdaşlıq, tərəfdaşlıq qardaşlıq səviyyəsindən yararlanırıq.

 

Bizim üçün Pakistan ən yaxın dost müttəfiqlərdən biridir. Əminəm ki, bu səfər əməkdaşlığımızın inkişafına yeni töhfə verəcək. Gözəl siyasi münasibətlərimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz əsl müttəfiqik. Buna görə, əlbəttə ki, biz həmin gözəl münasibətlər fürsətindən istifadə etməliyik onları ölkələrimizin biznes dairələri arasında əməkdaşlığa çevirməliyik.

 

Pakistan ilə Azərbaycan arasında ticarət dövriyyəsinə baxdıqda, əlbəttə ki, bu, bizi qane edə bilməz. Həmin səbəbdən, mən cənab Prezidentə olduqca minnətdaram ki, o, Azərbaycana böyük nümayəndə heyəti - Pakistanın işgüzar dairələrinin mühüm təmsilçiləri ilə gəlib. Ölkəmiz, imkanlar həyata keçirilməsini planlaşdırdığımız layihələr haqqında daha çox bilmək imkanı yaranıb. Eyni zamanda, biznes forumun yaxşı nəticələrini görmək istəyirik.

 

Ümumiyyətlə, biznes forum, işgüzar dairələrin nümayəndələri arasında görüşlər kimi əməkdaşlıq formatı çox səmərəlidir yaxşı nəticələr verə bilər. Əminəm ki, bu gün siz ilk öncə qarşılıqlı ticarət səviyyəsinin artırılması, ölkələrimizdən nəyin idxal olunması haqqında söhbət aparacaqsınız. Hesab edirəm ki, hökumət strukturları əlaqələndirici kimi çıxış edə bilər. Müvafiq nazirliklər, eyni zamanda, hökumətlərarası ticarət iqtisadiyyat komissiyası bu məsələni əlaqələndirə bilər. Həm biz, həm siz bir çox malları idxal edirik. Bu səbəbdən, biz iqtisadiyyatımızı gücləndirmək ümumi dövriyyəmizi artırmaq üçün bir-birimizdən nəyi idxal edə biləcəyimiz haqqında düşünməliyik.

 

Şad olardıq ki, Pakistan şirkətləri Azərbaycanda sərmayə imkanlarını nəzərdən keçirsinlər. Bu, xüsusən iqtisadiyyatımızın idxaldan asılı olan sahələrinə aiddir, çünki bazarımız artır. Bu səbəbdən, istehsalatın ölkəmizdə artırılması hökumətimizin prioritetlərindən biridir. Fikrimcə, xarici sərmayədarlar üçün bu məsələləri nəzərdən keçirmək faydalı olardı. Çox münbit sərmayə mühiti var. Müstəqilliyin son illəri ərzində, Azərbaycanda təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bu, ilkin olaraq, enerji sektoruna aiddir. İndi isə, iqtisadiyyatımızın digər sahələri əhatə olunur.

 

Biz Pakistan şirkətlərini podratçı kimi görmək istəyirik. Əminəm ki, bu gün burada əsasən Bakıda, eləcə regionlarda icra etdiyimiz infrastruktur layihələrinin təqdimatı da olacaq. Biz regionların inkişafı ilə bağlı rayonlarımızda yeni imkanları açmış, artıq iki proqramı uğurla həyata keçirmişik. Hazırda üçüncü proqram icra olunmaqdadır. Əslində, gələn bir neçə illər üçün planlarımız yaxşı məlumdur. Regionların inkişaf proqramı mətbuatda çap edilib. Bu səbəbdən, hər rayonda, hər şəhərdə planlaşdırılmış əhalimizə sərmayədarlara yaxşı məlumdur.

 

Hər il dövlət sərmayə proqramını qəbul etdikdə, biz əsasən infrastruktura, sosial infrastruktura diqqət yetiririk. Bu səbəbdən, Azərbaycanda xarici podratçılar üçün birgə icra edə biləcəyimiz böyük həcmdə işlər var. Xüsusən Pakistanda Azərbaycanda iqtisadiyyatımız üçün vacib sahələrdə birgə müəssisələrin yaradılması haqqında düşünə bilərik. Qarşılıqlı sərmayə proqramlarını da yüksək qiymətləndirə bilərik. Bir daha söyləmək istəyirəm ki, biz yaxşı biznes imkanlarının yaradılması üçün əla siyasi münasibətlər fürsətindən yararlanmalıyıq. Bu, birincisi. İkincisi isə, biz bir-birimizi BMT, İslam Əməkdaşlığı Təşkilatı digər beynəlxalq təsisatlarda dəstəklədiyimiz kimi, həmçinin iqtisadi əməkdaşlıq baxımından da dəstəkləməliyik. Biznes imkanlarının təşviq edilməsi üçün bir-birimizə dəstək verməliyik.

 

Dünən biz cənab Prezidentlə islam həmrəyliyi haqqında danışdıq. Biz Azərbaycanda siz Pakistanda bütün müsəlman ölkələri arasında daha yaxşı anlaşma əməkdaşlığın yaradılması üçün çox çalışırıq. Biz işlərimiz, bəyanatlarımız iqtisadi imkanlarımızla bir-birimizə dəstək verməliyik. İqtisadiyyatın bir sahəsində yaxşı təcrübəyə malik olan ölkələr digər ölkələrə texnologiyanın, təcrübənin biliklərin verilməsində kömək etməlidir.

 

Bir sözlə, məqsədlərimiz üst-üstə düşür. Əminəm ki, bu gün keçirilən biznes forumdan sonra çox yaxşı nəticələr olacaq yaxın zamanlarda müvafiq nazirliklərdən əməkdaşlığın yeni sahələri haqqında yaxşı hesabatlar alacağıq.

 

Azərbaycanın iqtisadiyyatına gəldikdə, o, çox sürətlə inkişaf edir. Azərbaycanın müstəqilliyinin ilk illərində iqtisadi vəziyyətimiz çox ağır idi. Ölkəmizdə yoxsulluğun işsizliyin səviyyəsi çox yüksək idi. İnflyasiya min faizdən artıq idi. Sonra, biz 1990-cı illərin ortalarında iqtisadi islahatları həyata keçirməyə başladıq. Onlar bu günə qədər davam edir. Hazırda iqtisadiyyatımız rəqabətədavamlı iqtisadiyyat hesab olunur. Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını qlobal rəqabətədavamlılıq göstəricisinə görə 38-ci yerdə qərarlaşdırıb. Bu, əsasən iqtisadi islahatlar sayəsində əldə edilib.

 

Biz işsizlik yoxsulluğu 5 faizə qədər azalda bilmişik. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Bu, əsasən artan neft qaz hasilatı ilə bağlı olub. Eyni zamanda, iqtisadi islahatlarımız da nəticə verib. Hazırda, neftin qiyməti aşağı düşdüyü halda, görürük ki, iqtisadiyyatımız hələ inkişaf edir. Eyni vəziyyət beş-altı il öncə baş vermişdi. Həmin vaxt, neft sənayesi bəzi çətinliklərlə üzləşdi, Avropada ciddi iqtisadi maliyyə böhranı baş verdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edirdi. Ümumi daxili məhsul artırdı iqtisadiyyatımızın qeyri-neft sektoru inkişaf edirdi. Bu, bizim üçün daha vacibdir, çünki planlarımız daha çox şaxələndirməni nəzərdə tutur. Əgər əvvəlki illərdə neft qazın qiymətlərindən daha çox asılı idiksə, hazırda neft qaz ÜDM-in təxminən 40 faizini təşkil edir.

 

Bununla belə, bu, yenə də, ixracımızın ən böyük hissəsidir. Həmin səbəbdən, biz iqtisadiyyatın şaxələndirilməsində, yeni sərmayə imkanlarının yaradılmasında, yerli istehsalatın artırılmasında maraqlıyıq. Eyni zamanda, biz enerji resurslarından əlavə digər malların ixracında maraqlıyıq. Bu halda, mühüm məqama gəlirik. Əlbəttə ki, məhsullar beynəlxalq standartlara cavab verməlidir. Biz isə bunu edirik. İkinci vacib element isə, bazarlardır. Bu gün, bildiyiniz kimi, yumşaq desək, bazarlar uğrunda yarışma, daha doğrusu, mübarizə gedir. Həmin səbəbdən, bizim kimi qardaş ölkələr bazarlara daxil olmaq məqsədilə bir-biri üçün imkanlar yaratmalıdır. Artıq öncə qeyd etdiyim kimi, biz çox idxal edirik, siz hətta daha çox idxal edirsiniz. Bir-birimizə hansı ixrac sahələrini təmin etmək üzərində düşünməliyik. Biz bazarlarımızı bir-birimiz üçün açıq elan etməliyik. Belə olan halda, yerləri açılar, kapital formalaşariqtisadi fəaliyyət yaranar.

 

Bir sözlə, biz ikitərəfli iqtisadi əməkdaşlığımıza böyük nikbinliklə baxırıq. Biz gözəl fürsəti əldən verməli deyilikpraktiki layihələrə diqqət yetirməliyik. Bu gün Azərbaycan tərəfindən planlaşdırdığımız işlər, qaydalar, hüquqi şərait, vergi rejimi, sərmayə imkanları və nəhayət, gələcək üçün planlarımız barədə kifayət qədər informasiya veriləcək.

Bu səbəbdən, mən Pakistanın işgüzar dairələrinin bütün təmsilçilərini Azərbaycanda salamlamaq istəyirəm. Eyni zamanda, cənab Prezidentə Azərbaycana etdiyi səfərə və həmçinin iqtisadi sahəyə də diqqət yetirmək fürsətini yaratdığına görə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Çox sağ olun.

 

Azərbaycan.-2015.- 13 mart.- S.4.