Müdafiə Nazirliyində Avropa Şurası Parlament
Assambleyasının nümayəndəsi
ilə görüş olub
Martın
12-də Avropa Şurası Parlament Assambleyasının Siyasi
Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə
məruzəçisi Robert Uolterin başçılıq
etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində
olub.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, nazirin şəxsi heyət üzrə müavini,
general-leytenant Kərim Vəliyev qonağa regiondakı hərbi-siyasi
vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
geniş məlumat verib və onu maraqlandıran sualları ətraflı
cavablandırıb.
R.Uolter
münaqişə bölgəsində gərginliyin artması
ilə bağlı hesabat hazırlamaq məqsədilə Azərbaycanda
ikigünlük səfərdədir.
Azərbaycan.-2015.- 13 mart.- S.8.