Pakistan Prezidenti Məmnun
Hüseyn
Dövlət Bayrağı
Meydanı ilə tanış olub
Pakistan Prezidenti Məmnun
Hüseynin Azərbaycana rəsmi səfəri
Martın
13-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun
Hüseyn Bakıda Dövlət Bayrağı Meydanı ilə
tanış olub.
AZƏRTAC
xəbər verir ki, Pakistan Prezidentinə dünyada ən
hündür bayraq dirəklərindən birinin yerləşdiyi
Dövlət Bayrağı Meydanı və onun ərazisində
həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri
haqqında məlumat verilib.
Dövlətimizin
başçısının təşəbbüsü ilə
meydanda yaradılmış Dövlət Bayrağı Muzeyi ilə
tanış olan Prezident Məmnun Hüseynə burada
nümayiş etdirilən eksponatlar barədə məlumat
verilib.
Ali
qonaq muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini
yazıb.
Sonda
Pakistan dövlətinin başçısına xatirə hədiyyələri
təqdim edilib.
Azərbaycan.-2015.- 14 mart.- S.2.