Əjdərbəy məscidində görüş
Pakistan Prezidenti Məmnun
Hüseynin Azərbaycana rəsmi səfəri
Pakistan
İslam Respublikasının Prezidenti Məmnun Hüseyn
martın 13-də Bakıdakı Əjdərbəy məscidində
olub.
AZƏRTAC
xəbər verir ki, Pakistan dövlətinin
başçısı məsciddə Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri şeyxülislam
Allahşükür Paşazadə ilə
görüşüb.
Allahşükür
Paşazadə görüşdə ölkələrimiz və
xalqlarımız arasındakı dostluq və qardaşlıq
münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan
və Pakistan prezidentlərinin dostluq münasibətləri
xalqlarımız arasındakı əlaqələrin təzahürüdür.
Şeyxülislam
vurğulayıb ki, Pakistanın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində tutduğu
mövqe xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Prezident
Məmnun Hüseyn Azərbaycana səfərindən,
keçirdiyi çoxsaylı görüşlərdən,
ölkəmizdə müşahidə etdiyi inkişaf prosesindən
məmnunluğunu bildirib.
Azərbaycan.-2015.- 14 mart.- S.2.