Azərbaycan ilə Sloveniya
arasında hərbi
əməkdaşlığın
perspektivləri müzakirə edilib
Sloveniya
Respublikasında rəsmi səfərdə olan Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov
bu ölkənin müdafiə naziri Yanko Veber ilə
görüşüb.
Rəsmi
qarşılanma mərasimində protokola uyğun olaraq
müdafiə nazirləri fəxri qarovulun önündən
keçiblər. Hər iki ölkənin dövlət himnləri
səsləndirildikdən sonra nazirlərin təkbətək
görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib.
Danışıqlar başa çatandan sonra Azərbaycanın müdafiə naziri Şərəf kitabını imzalayıb.
Sonra kütləvi informasiya vasitələrinin nümayəndələri
üçün brifinq
keçirilib və müdafiə nazirləri
görüşün yekunları barədə
məlumat veriblər.
Azərbaycan.-2015.- 14 mart.- S.3.