Səhiyyə naziri
Mingəçevirdə bölgə sakinlərini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
tapşırıq və tövsiyələrinə uyğun
olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların ərizə və şikayətlərinin
müsbət həll edilməsi üçün müvafiq tədbirlər
görürlər.
AZƏRTAC
xəbər verir ki, martın 13-də səhiyyə naziri Oqtay
Şirəliyev Mingəçevir Mərkəzi Şəhər
Xəstəxanasında Mingəçevir, Yevlax, Bərdə və
Goranboydan olan vətəndaşları qəbul edib. Vətəndaşlar
nazirə əsasən işə qəbul, müalicə, xəstəxanaların
təmiri, sağlamlıq problemləri ilə bağlı
müraciət ediblər.
Qəbulda
vətəndaşların qaldırdıqları məsələlər
nazirliyin müvafiq qurumlarının əməkdaşlarının
iştirakı ilə araşdırılıb, onların bəziləri
yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə
aid olmayan məsələlər aidiyyəti üzrə digər
icra orqanlarına çatdırılmaq üçün
qeydiyyata alınaraq nəzarətə götürülüb.
Azərbaycan.-2015.- 14 mart.- S.5.