Ekologiya və təbii sərvətlər naziri Şabranda şimal

 bölgəsində yaşayan vətəndaşları qəbul edib

 

Martın 13-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Şabrandakı Heydər Əliyev Mərkəzində şimal bölgəsində yaşayan vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Quba, Qusar, Şabran, Xızı və Siyəzəndən olan 60-a yaxın vətəndaşın müraciətlərinə baxlıb.

Vətəndaşların müraciətlərin əksəriyyəti ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Müraciətlər qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, eyni zamanda, aidiyyəti qurumlara çatdırılması üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Vətəndaşları narahat edən bəzi məsələlər isə yerindəcə həllini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

 

Azərbaycan.-2015.- 14 mart.- S.5.