Əmlak Məsələləri Dövlət Komitəsinin

 sədri Saatlıda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov martın 13-də Saatlı rayonundakı Gənclər Mərkəzində bu rayondan, eləcə də Şirvan şəhərindən, Sabirabad, Salyan, Neftçala, Hacıqabul və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbul zamanı vətəndaşlar tərəfindən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, pay torpaqlarının dövlət reyestrində qeydiyyatı, komitənin “kütləvi çıxarış” kampaniyasında iştirak və mobil ofis xidmətlərindən faydalanmaqla bağlı qaldırılan müraciətlər dinlənilərək onlarla müvafiq izahat işləri aparılıb.

Qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb, digər müraciətlər isə müvafiq ərazi bölmələri tərəfindən həll edilməsi üçün göstərişlər verilib.

Bəzi vətəndaşların müraciətləri dövlət komitəsinin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq orqanlara çatdırmaq məqsədilə qeydə alınaraq nəzarətə götürülüb.

 

Azərbaycan.-2015.- 14 mart.- S.5.