Ədliyyə naziri Ağdaş rayonunda vətəndaşları
qəbul edib
Azərbaycan
Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən
insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların
müraciətlərinə qayğı və həssaslıqla
yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin
olunması ilə bağlı tapşırıqları
Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə
saxlanılır, bu məqsədlə vətəndaşların
bölgələrdə qəbulu davam etdirilir.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin
şəhər və rayonlarda vətəndaşların qəbulu
cədvəlinə uyğun olaraq, martın 13-də ədliyyə
naziri Fikrət Məmmədov Ağdaş şəhərindəki
Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərində,
Ağdaş və Yevlax rayonlarında yaşayan vətəndaşların
qəbulunu keçirib.
Qəbuldan
əvvəl nazir Fikrət Məmmədov və Ağdaş
Rayon İcra Hakimiyyətinin başçısı Tofiq
İbrahimov ümummilli lider Heydər Əliyevin abidəsini
ziyarət edərək Ulu Öndərin əziz xatirəsinə
dərin ehtiramlarını bildiriblər.
Qəbula
yazılış qabaqcadan başlanılaraq vətəndaşların
rahatlığının təmin edilməsi üçün
nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq
birbaşa yazılmaq imkanı yaradılıb.
Gün
ərzində aparılmış qəbul zamanı ədliyyə
və məhkəmə fəaliyyəti, habelə digər
müxtəlif məsələlər ilə bağlı hər
bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə
qaldırılan məsələlərin bir qismi elə yerindəcə
həllini tapıb. Digər müraciətlər üzrə
nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul
işçilərinə müvafiq tapşırıqlar
verilib.
Eyni
zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə
aid olmayan digər məsələlərlə bağlı
müraciətlərə baxılıb, onların
araşdırılması üçün aidiyyəti üzrə
göndərilməsi təmin olunub.
Vətəndaşlar
bölgə sakinlərinin yerindəcə qəbulu və
müraciətlərinə baxılması üçün
rahat və əlverişli şərait yaradılmasından
razılıqlarını ifadə edərək göstərilən
diqqət və qayğıya görə Prezident İlham
Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər
zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə
orqanlarının fəaliyyəti və iş şəraiti
ilə tanış olub, hakimlər və ədliyyə
işçiləri ilə görüşərək Azərbaycan
Prezidenti İlham Əliyevin vətəndaş-məmur
münasibətlərinin sağlam zəmində qurulması,
insanlara layiqli xidmət göstərilməsi, etik
davranış qaydalarına ciddi riayət olunması,
korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə
bağlı tələblərini diqqətə
çatdıraraq aidiyyəti tövsiyə və tapşırıqlarını
verib.
Azərbaycan.-2015.- 14 mart.- S.5.