Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 186 nömrəli qərarı ilə təsdiq
edilmiş “Şəxsin narkoloji
xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun)
müəyyən edilməsi və ya təsdiqlənməsi
məqsədi ilə tibbi yoxlamanın
aparılması Qaydası”nda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 59 Bakı
şəhəri, 6 mart 2015-ci il
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1099-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 899 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli 186 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹11, maddə 688) ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 8-ci hissədə “aparıla bilər” sözləri “aparılır” sözü ilə əvəz edilsin.
2. 12-ci hissənin birinci cümləsində “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2015.- 15 mart.- S.1.